İQTİSADİYYAT


AZAL-dan yeni payız aksiyası: 20 faiz endirim

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

“Azərbaycan Hava Yolları” (AZAL) Qurban bayramına həsr olunmuş yeni payız aksiyasına başlayır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı il sentyabrın 5-dən 30-dək Bakıdan aşağıdakı şəhərlərə hər iki istiqamətə aviabilet alınarkən 20 faiz endirim tətbiq ediləcək. Buraya London, Milan, Berlin, Paris, Praqa və Nyu-York şəhərləri daxildir. Uçuş müddəti sentyabrın 15-dən dekabrın 10-dəkdir.

Bundan başqa, Bakı-Təl-Əviv-Bakı istiqaməti üzrə uçuş müddəti sentyabrın15-dən 25-dək və oktyabrın 25-dən dekabrın 10-dək olan aviabiletlərə də 20 faiz endirim tətbiq edilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün aviabilet alınarkən müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.