İDMAN


AZAL futbol klubu yeni adla I divizionda mübarizə aparacaq

Bakı, 13 may, AZƏRTAC

AZAL peşəkar futbol klubunun ləğv edilməsi ilə bağlı bəyanat azarkeşlərin, fanklub üzvlərinin, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olub və bununla bağlı çoxsaylı müraciətlər edilib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, bu müraciətlərə baxıldıqdan sonra sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılıb. Klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması və həmin qəsəbədə müasir təlim-məşq bazası və stadionun mövcudluğu nəzərə alınaraq yeni mövsümdən AZAL-ın məhz qəsəbənin adını daşıyan “Şüvəlan” klubu adı ilə fəaliyyətini davam etdirməsi qərara alınıb.

“Şüvəlan” yeni mövsümdə I divizionda təmsil olunacaq.

Yeni klub yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək.

Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.