İDMAN
AZAL heyətini malili futbolçu ilə gücləndirib
Bakı, 2 dekabr, AZƏRTAC
AZAL klubu heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC xəbər verir ki, AZAL malili yarımmüdafiəçi Sadio Tounkara ilə müqavilə imzalayıb. Tərəflər sonradan daha bir il artırıla bilməsi şərti ilə altı aylıq müqaviləyə qol çəkiblər.
Tibbi baxışdan keçən 24 yaşlı futbolçunun adının iştirak ərizəsinə daxil edilməsi üçün müvafiq sənədlər yaxın günlərdə Peşəkar Futbol Liqasına (PFL) təqdim olunacaq.
Sonuncu dəfə Kiprin “Enosis” klubunun formasını geyinən Tounkara AZAL-da 8 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, afrikalı futbolçu vətənində “Janna Dark” və “Xəzər-Lənkəran” klublarında çıxış edib. S.Tounkara 2013-cü ildə “Xəzər-Lənkəran”ın heyətində Azərbaycan Super Kubokunu qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]