İQTİSADİYYAT


AZAL-ın İstanbuldakı bilet satışı mərkəzi yeni ofisə köçüb

İstanbul, 12 iyun, АZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC-nin İstanbul şəhərindəki bilet satışı mərkəzi yeni ofisdə sərnişinlərin xidmətinə başlayıb. Burada sərnişinlər Azərbaycanın turizm imkanları, tarixi və mədəniyyəti barədə ətraflı məlumat verən jurnallarla tanış ola bilirlər.

Yeni ofis İstanbul şəhəri, Nişantaşı-Şişli, Valikonağı caddesi № 9/B ünvanda yerləşir.

AZAL-ın İstanbul nümayəndəliyinin rəhbərliyindən AZƏRTAC-a verilən məlumata görə, yeni ofisin Yeniqapı-Hacıosman metro xəttinin Osmanbəy stansiyası yaxınlığında seçilməsində məqsəd sərnişinlər üçün daha rahat xidmət təşkil etməkdir. Bura şəhərin mərkəzi olduğundan həm ünvanın rahat tapılması, həm də ictimai şəhər nəqliyyatından istifadə etməklə insanların gəlməsi üçün uyğundur. Metrodan başqa, şəhərin bütün istiqamətlərindən avtobuslar və mikroavtobuslar bu bölgəyə hərəkət edirlər. Mərkəz həftənin 1-ci və 5-ci günləri Türkiyə vaxtı ilə saat 09:00-dan saat 18:00-dək, həftənin 6-cı günləri isə saat 09:00-dan saat 14:00 –dək fəaliyyət göstərir.

Sərnişinlər Nişantaşı bilet satış ofisi ilə [email protected]  e-mail adresi, eləcə də 00902122963530 və 00902122963733 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

Bundan başqa, AZAL-ın Atatürk və Sabiha Gökçen Hava Limanlarındakı ofisləri hər gün fəaliyyətdədir.

AZAL-ın İstanbul nümayəndəliyinin rəhbərliyi sərnişinlərin nəzərinə çatdırır ki, Atatürk Hava Limanındakı ofis həftənin hər günü saat 09:00-dan saat 22:30-dək, fəaliyyət göstərir. Bu ofislə 00902124655646 nömrəli telefon və 00902124654516 nömrəli faksla əlaqə saxlamaq olar. Sabiha Gökçen Hava Limanındakı ofisin iş qrafiki isə belədir: həftənin hər günü saat 07:30-dan, 17:00-dək. Bu ofisin telefonu 00902165888740, faks nömrəsi isə belədir: 00902165888739.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.