İQTİSADİYYAT


AZAL-ın Təl-Əviv reyslərində yeni aksiya

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Təl-Əviv istiqamətindəki uçuşlara yeni aksiya barədə elan edir.

AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı-Təl-Əviv-Bakı istiqamətində 2017-ci il yanvarın 10-dan martın 10-na kimi həyata keçiriləcək uçuşlara dekabrın 1-dən 20-nə kimi aviabilet alarkən aviabiletin qiyməti cəmi 299 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir.

Həmçinin aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kiloqrama kimi), soyuq və isti yeməklərin tam çeşidi daxildir.

AZAL-ın Bakıdan Təl-Əvivə uçuşları həftədə iki dəfə komfortlu Airbus A319 və A320 laynerlərində həyata keçirilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:

http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaq olar:

(+99412) 598-88-80; *8880. E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.