CƏMİYYƏT


AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıdıb

Bakı, 20 iyun, AZƏRTAC

Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdib.

AZAL-ın mətbuat xidmətinin məlumata görə, havaya qalxdıqdan sonra “Boeing 767” hava gəmisinin kapitanı geri qayıtmaq barədə qərarı verib və Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.