İDMAN


AZAL klubu Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək

Bakı, 10 noyabr, AZƏRTAC 

Futbol üzrə milli komandaların oyunu ilə əlaqədar çempionatda yaranan fasilədə AZAL klubu iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Klubdan AZƏRTAC-a bildiriblər ki, baş məşqçi Tərlan Əhmədovun tərtib etdiyi hazırlıq planına əsasən komanda noyabrın 13-də Həvəskarlar Liqasında mübarizə aparan “Liman”ı sınağa çəkəcək. Bu görüş “AZAL-Arena”da baş tutacaq.

Növbəti oyunda isə rəqib gənclərdən ibarət yığma komanda olacaq. Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21 ilə görüş noyabrın 15-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.