İDMAN


AZAL komandası Azərbaycan kubokunda 50-ci qolunu vurub

A+ A

Bakı, 14 dekabr, AZƏRTAC

AZAL futbol klubu Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə qarşılaşmasında 50-ci qolunu vurub.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, yubiley qolun müəllifi Mirzağa Hüseynpurdur.

AMMK, “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edən AZAL əllinci qolunu qırx ikinci matçda vurub. Komandanın orta məhsuldarlığı 1,19-a bərabərdir. “Təyyarəçi”lər 42 oyunda 16 dəfə qalib gəlib, 16 matçda məğlubiyyət acısı yaşayıb və 10 oyunda heç-heçə edib. Rəqibləri 50 dəfə mərkəzə dəvət edən paytaxt klubu, 40 dəfə topu öz qapısından çıxarmalı olub.

Bununla da AZAL kubokda 50 və daha çox qol vuran 17-ci komanda olub.

Xatırladaq ki, ölkə kubokunun dörddəbir final mərhələsinin ilk qarşılaşmasında “Qəbələ” 2:1 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.