İQTİSADİYYAT


AZAL reyslərində Samsung Galaxy Note 7 smartfonlarının daşınmasını tam qadağan edib

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

AZAL reyslərində Samsung Galaxy Note 7 smartfonlarının daşınmasını tam qadağan edib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AZAL reyslərində “Samsung Galax Note 7” smartfonların əl yükündə və qeydiyyatdan keçən baqajda daşınması qadağan olunur. Bu qərar ABŞ-ın aviasiya hakimiyyəti, eləcə də bütün dünya üzrə digər sərnişin aviadaşıyıcıları tərəfindən analoji qadağadan sonra qəbul edilib.

Əl yükündə smartfon aşkarlandığı halda telefon sahibi smartfonu yola salan tanışlarından birinə verməyənədək sərnişinin təyyarəyə minməsinə icazə verilməyə bilər, çünki aviaşirkət hava limanında saxlama xidmətləri göstərmir.

Əgər smartfon təyyarənin salonuna bilmədən keçirilibsə, onu dərhal söndürmək və uçuşun başa çatmasınadək söndürülmüş vəziyyətdə saxlamaq lazımdır.

Əgər həmin smartfon baqajda aşkar olunarsa, o reysə yüklənməyəcək və sərnişin tərəfindən tələb olunmayana kimi hava limanında itirilmiş baqaj bürosuna (Lost & Found) göndəriləcək.

QSC-dən bildirilib ki, təyyarənin göyərtəsində bu telefonun istifadəsinə qadağa sərnişinlərdən bəzilərində narahatçılıq yarada bilər, lakin “Azərbaycan Hava Yolları” QSC üçün prioritet ilk növbədə göyərtədə təhlükəsizliyin təmin edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.