CƏMİYYƏT
AZAL şagirdlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiyaları bərpa edir
Bakı, 20 sentyabr, Elvin Camalov, AZƏRTAC
“Azərbaycan Hava Yolları” (AZAL) QSC şagirdlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiyaları bərpa edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
O bildirib ki, tədris ilinin başlanması ilə əlaqədar olaraq, AZAL 4-cü və daha yuxarı sinif şagirdləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda ekskursiyaları bərpa edir.
P.Kəsəmənskinin sözlərinə görə, ekskursiyaya yazılmaq istəyənlər [email protected] e-mail ünvanına elektron müraciət göndərə bilərlər.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, ekskursiyalar şənbə günləri - günün birinci yarısında keçiriləcək. Müraciətlərə növbə şəklində baxılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:00]
YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb
- 07.05.2024 [19:17]
40-cı paralel üzərində…
- 07.05.2024 [18:37]