İDMAN


AZAL seleksiya məşqlərinə başlayıb

A+ A

Bakı, 27 dekabr, AZƏRTAC

AZAL futbol klubunun əsas komandasının üzvləri qış fasiləsi səbəbindən istirahətə buraxılsa da, baş məşqçi Tərlan Əhmədov iş başındadır.

AZƏRTAC xəbər verir ki, AZAL-da uşaq futbol komandalarının heyətlərini komplektləşdirmək və yeni istedadların üzə çıxarılması məqsədilə seleksiya fəaliyyətinə start verilib. Çalışdırıcı T.Əhmədovun rəhbərliyi ilə dekabrın 29-dək bu tipli məşqlər keçiriləcək.

Bununla yanaşı, klub rəhbərliyinin qərarı ilə həm də uşaq futbol məşqçilərinin işinə ümumi nəzarəti həyata keçirən gənc mütəxəssis bütün məşqçiləri seçim prosesinə cəlb edib. Məlum olub ki, seleksiya məşqlərinə 50-dən çox futbolçu qatılıb.

Dekabrın 27-28-də isə müxtəlif yaş qrupunda olan komandaların iştirakı ilə təşkil ediləcək yoxlama oyunlarından sonra baxışa çağırılan yeniyetmələr haqda qərar veriləcək. Sınaqdan uğurla keçən futbolçular AZAL-ın uşaq futbol komandalarının heyətinə cəlb olunacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.