Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“AZƏRBAYCANDA SİYASƏT: DÜNƏN, BU GÜN VƏ SABAH”
VƏTƏN, XALQ... HAQQINDA DƏRİN DÜŞÜNCƏLƏRLƏ ZƏNGİN MƏQALƏ

Biz kimik? Haradan gəlmişik? Haraya gedirik? – Qogenin məşhur bir rəsm əsərini xatırlayaraq, fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin “Azərbaycanda siyasət: dünən, bu gün və sabah” məqaləsinin (“Bakinski raboçi” qəzeti, 8 və 9 yanvar 2002-ci il) fəlsəfi mahiyyətini qısaca belə səciyyələndirmək olar. Lakin məqalədə qaldırılmış məsələlər o dərəcədə müxtəlif və mürəkkəbdir, ifadə olunmuş konsepsiyalar o dərəcədə tutumlu, ideyalar isə o dərəcədə aktualdır ki, bütün bunlar, əlbəttə, lakonik qiymət deyil, müfəssəl təhlil tələb edir. Özü də yalnız təhlil deyil, həm də elmi diskussiya, geniş ictimaiyyət tərəfindən müzakirə olunmasını tələb edir. 

Məqalənin pafosu Hegelin inkişaf ideyasından ibarətdir: müəllif ölkənin inkişafının əvvəlki mərhələlərini rədd etmir, əksinə, bu mərhələlərdə keçmişin dahilərinin böyük əməlləri və fikirlərindən doğmuş irəliləyiş mənbəyi, quruculuq, yaradıcılıq impulsu tapır. Bu fikir məqalənin kontekstində daha bir cəhətdən, bəşər tarixinin əsrləri boyu sivilizasiyanın qorunub saxlanması və inkişafında bütün ölkələrin, xalqların, şəxsiyyətlərin həmrəyliyi kimi açılıb göstərilir. Ona görə də nəsllərin varisliyinin və zamanların əlaqəsinin qorunub saxlanması prinsipi çox vacibdir. Məhz bu prinsip cəmiyyətdə harmoniyanı təmin edir və, Kant demişkən, hakimiyyəti “leqal və mənəvi hakimiyyətə” çevirir.

Müəllif keçid dövründə Azərbaycanın müqəddəratını araşdıraraq, tarixi analogiyalara və reminissensiyalara tez-tez müraciət edir. Xronoloji paralellər nəzərdən keçirilərkən onun çıxardığı nəticə belədir: ən dramatik kolliziyalar və kataklizmlər şəraitində də dünyanın və onun hər bir hissəsinin tarazlığına nail olunacaqdır. Bu nikbin nəticə dərin fəlsəfi mühakimələrlə əsaslandırılmışdır: “İkili təbiətə malik olan ictimai-tarixi proses bir tərəfdən təkamül, inkişaf və köhnənin inkarı, keçmişlə əlaqənin qırılmasına və yeninin yaranmasına cəhddirsə, digər tərəfdən varislik prinsipinə əsaslanaraq, hələ də yaşamaq iqtidarında olan cəhətlərin qorunub saxlanması və gələcəyə ötürülməsidir.

... Tarixdən və ictimai-tarixi prosesdən yalnız o zaman danışmaq mümkündür ki, iki başlanğıc – bir tərəfdən, inkişaf və yeninin yaradılması, digər tərəfdən isə, keçmişlə varisliyin qorunub saxlanmasının qarşılıqlı əlaqəsi və çulğaşması olsun”.

Ramiz Mehdiyev Azərbaycanın müasir siyasi reallıqlarını araşdırarkən vurğulayır ki, bu reallıqlar SSRİ-nin dağılması, yeni qlobal dünya nizamının bərqərar olması, iqtisadi böhran, ikiqütblü dünyanın birqütblü dünyaya çevrilməsi, Avropada sol mərkəzçi qüvvələrin güclənməsi və s. şəraitdə təşəkkül tapmışdır. Ermənistanın təcavüzü və “birinci şəxslər”i bir-birini kaleydoskopik sürətlə əvəz edən fərsiz rəhbərlik Azərbaycanda vəziyyəti kəskinləşdirmişdi.

Müəllifin fikrincə,1988-ci ildən 1993-cü ilin ortalarınadək ölkəni bürümüş qarmaqarışıqlıq siyasi rejimlərin qeyri-adekvatlığının və baş verən dəyişikliklərə cəmiyyətin və milli mentalitetin ziddiyyətli münasibət göstərməsinin nəticəsi idi. Azərbaycan suverenlik qazanaraq, “ondan öz xalqının xeyrinə istifadə edə, dünya birliyində özünə dəstək və müttəfiqlər tapa bilmədi. Bir qayda olaraq, belə dövlətlər böyük coğrafi-siyasi oyunun obyektinə çevrilirlər”.

Azərbaycan bu “oyun”dan 1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra çıxdı. Peşəkar siyasətçinin hakimiyyətə gəlməsi ilə ölkədə ağıllı siyasət formalaşmağa başladı.

Ramiz Mehdiyevin “Azərbaycanda siyasət: dünən, bu gün və sabah” məqaləsində vurduladığı kimi, həmin dövrdə ictimai süurda sintetik, yeniliklərə açıq olan, konstruktiv rol oynayan inkişaf ideologiyasının əsas elementləri formalaşmağa başladı. Müəllif yazır: “Bu baxımdan liberalizmin və neokonservatizmin sintezi real sosialist və demokratik elementlərlə tamamlanan qüvvətləndirici ideologiyalar kimi, Azərbaycan üçün uğurlu ideoloji konstruksiya oldu”.

Yeni ideoloji konstruksiyalar ölkəni modernləşdirməyin dəqiq konturlarını müəyyənləşdirdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında ötən il verdiyi fərmanlar, milli mənəvi dəyərlərin qorunub saxlanması məsələləri barədə xalqa müraciəti – R.Mehdiyevin qeyd etdiyi kimi, bütün bunlar zamana, keçid dövrünü yaşayan ölkələrdə etnik və sosial-mədəni üstünlükləri deformasiya edən və ucqarlara sıxışdıran qloballaşmaya cavabdır. Milli mənəvi dəyərləri kütləvi mədəniyyətin təzyiqindən müdafiə etmək – “bu siyasətin əsasında milli mentallığın, milli özünüdərkin və milli “Mən”in mahiyyətini qoruyub saxlamaq səyi durur”.

Müəllif Azərbaycanın ictimai-siyasi, iqtisadi və sosial inkişaf sistemini, ölkənin regionun əsas dövlətlərindən birinə çevrilməsini bütün xırdalıqları ilə açıqlayır. Bununla bərabər, R.Mehdiyev demokratik, dünyəvi dövlətin milli modelinin konstruksiyasını verərkən, həmin modeli Yaponiyanın, bəzi Avropa dövlətlərinin, xüsusən də müharibədən sonrakı Almaniyanın dirçəliş təcrübəsi ilə müqayisə edir. Onun üçün milli ideya dövlətçiliyin əsasıdır, gözəgörünməyən, sezilməyən bu substansiya yeni ölkə, yeni cəmiyyət qurmaq üçün, yeni millət üçün çox möhkəm təməl ola bilər.

Məqalənin bölmələrindən birində - “Neokonservatizmlə azərbaycançılığın nisbəti” bölməsində konstruktiv ideyanın köməyi ilə milli birliyə (təkcə əsas əhalinin nümayəndələrinin deyil, həm də ölkədə yaşayan bütün etnik qrupların və xalqların nümayəndələrinin) necə nail olmaq, eyni zamanda bu ideyanı millətçilikdən, şovinizmdən və separatizmdən qoruyan sipərə necə çevirmək barədə mülahizələr söylənir. Müəllif inandırıcı şəkildə sübut edir ki, “azərbaycançılıq” adlanan ideologiya milli həmrəyliyin təsirli amilidir. Bu termində etno-linqvistik mənadan çox, coğrafi-siyasi, mədəni məna var.

Müəllif vurğulayır: “Bu gün “azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizənin tarixi təcrübəsidir”.

Əgər milli birlik ideyasını həm konstruktiv, həm də real səpkidə qəbul etsək, onda labüdən sual doğur: bəs müxalifət? Bu gün dərin böhran keçirən AXCP, Müsavat, AMİP, ADP partiyalarında siyasi ehtirasları necə söndürməli, onların liderlərinin iddialarını necə ödəməli? Axı, ölkədə hakimiyyət kabinetlərində və parlamentdə hamıya yer çatmaz. Müəllif bu suala cavab verərək, nəzərə çarpdırır ki, “hərc-mərclik və mütərəddidlik” dövrü, müxtəlif, amorf hərəkat və cərəyanların qarmaqarışıqlığı şəraitində meydana gəlmiş partiyaların parçalanması dövrü dövlətin suverenliyinin və cəmiyyətin demokratikləşməsinin ilkin mərhələsinin məntiqi yekunudur. Müxalifət partiyalarının radikallaşması cəmiyyət üçün böyük təhlükədir. Bu gün cəmiyyət intellektualların, praqmatiklərə, ölkənin inkişafına, siyasi, sosial-iqtisadi və digər problemlərin həllinə dair alternativ layihələr təklif etməyə qadir olan insanların formalaşdırdığı siyasətə ehtiyac duyur.

Məlum olduğu kimi, F.Bekon öz vəzifəsini “idollar”ın – zəkanı iflic vəziyyətinə salan səhv təsəvvürləri, yanılmaları ifşa etməkdə görürdü. “Azərbaycanda siyasət: dünən, bu gün və sabah” məqaləsindəki bir çox nəticələr eynilə bu cür vəzifəni yerinə yetirir. Müəllif məqalənin “Yeni dövrün siyasətçisi” adlanan yekun bölməsində ölkədə qarmaqarışıqlığın tüğyan etmiş oıduğu yaxın keçmişə yenidən qayıdır. Tarixə ekskurs o günlərlə bugünkü gün arasındakı, hakimiyyətsizliklə hakimiyyət arasındakı kəskin təzadı hiss etməyə imkan verir.

Müəllif “hakimiyyətin İlham Əliyevə verilməsi” məsələsinin müxalifət tərəfindən daim şişirdilməsinin əxlaq qaydalarına o qədər də uyğun olmadığını açıqlamaqla yanaşı, radikallarla polemikaya girir. Onun polemika tərzi sadə və inandırıcıdır: o, İlham Əliyevi təhsildə, partiya fəaliyyətində iştirak, neft sahəsində, parlamentdə, Milli Olimpiya Komitəsində, Avropa Şurasında və s. işdə göstərir. Gözlərimiz qarşısında kamil, istedadlı, geniş bilik dairəsini, ziyalılığı, siyasi təcrübəni, strateji vəzifələri yerinə yetirmək bacarığını özündə təcəssüm etdirən sima canlanır.

Müəllif vurğulayır ki, İlham Əliyevin xarizması çoxlarında ona qarşı xeyirxah münasibət doğurur, ona etibar edir, rəgbət bəsləyirlər, onu yeni dövrün siyasətçisi hesab edirlər. O, nə vaxtsa prezident olacaqmı? Fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin məqaləsi heç də bu barədə deyildir. Məqalə Vətənin, xalqın gələcəyi haqqında, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının, demokratiyanın möhkəmləndirilməsinin, vətəndaşların sosial rifahının yüksəldilməsinin metodları haqqında dərin düşüncülərlə zəngindir... Oxucu məqalədə belə bir suala da cavab tapacaqdır: bundan ötrü nə etmək lazımdır? Bundan ötrü keçmişi unutmamaq, günün ümdə qayğıları ilə yaşamaq, gələcək barədə düşünmək lazımdır.

Yusif RÜSTƏMOV,

fəlsəfə elmləri doktoru, professor

İbrahim ŞÜKÜROV,

“Bakinski raboçi” qəzetinin siyasi

icmalçısı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK CANLI

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb YENİLƏNİB

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir