MƏDƏNİYYƏT
AZƏRBAYCANDA YAŞAYAN RUS RƏSSAMLARININ ƏSƏRLƏRİNDƏN İBARƏT SƏRGİ AÇILMIŞDIR
Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda respublikamızda yaşayan rus rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır.
Sərgidə 33 müəllifin təsviri sənətin müxtəlif janrlarında 150-dən artıq işi nümayiş etdirilir.
Rəssamlar İttifaqının katibi Agəli İbrahimov, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanda Rus icması sədrinin müavini Viktor Tatarenko, Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə və başqaları açılış mərasimində çıxış edərək, xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən, mədəniyyətlərimizin biri-birinə təsirindən, ölkəmizdə təsviri sənətin inkişafında rus rəssamlarının rolundan danışmışlar.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri ərəfəsində açılan bu sərgi 10 gün davam edəcəkdir.