İQTİSADİYYAT
AZƏRBAYCANIN REGİONAL İNVESTİSİYA XƏRİTƏSİ
İqtisadi İnkişaf Nazirliyinin mütəxəssisləri Azərbaycanın regional investisiya xəritəsini hazırlamışlar. Respublikanın bütün rayonlarını əhatə edən bu xəritədə hər bir rayon üzrə ümumi məlumatlar verilmişdir. Buraya əsasən, rayon iqtisadiyyatı, hazırda kreditləşdirilməsi həyata keçirilən sahələr, kreditləşdirmənin mənbəyi barədə məlumatlar və s. daxildir.
İnvestisiya xəritəsi bərpası iqtisadi cəhətdən səmərəli hesab olunan müəssisələri və sərmayələr tələb olunan sosial-kommunal infrastruktur sahələrini, habelə rayonda açılması məqsədəuyğun sayılan müəssisələr barədə informasiyanın əldə olunmasına, bölgələrin investisiya yönümünü müəyyən etməyə imkan verəcəkdir.
İnvestisiya xəritəsi ingilis dilinə tərcümə olunaraq İqtisadi İnkişaf Nazirliyinin İnternet saytında yerləşdiriləcəkdir.
Bu, yerli və xarici investorlar üçün Azərbaycanın rayonları üzrə iqtisadi məlumatların əldə edilməsində, investisiya qoyulacaq sahələrin müəyyənləşdirilməsində əhəmiyyətli olacaqdır.