MƏDƏNİYYƏT
AZƏRBAYCANLI İŞ ADAMLARI TURİZM SAHƏSİNDƏ ALMANİYA TƏCRÜBƏSİ İLƏ TANIŞ OLMUŞLAR
Bakı, 9 iyul (AZƏRTAC). Azərbaycanın bir qrup iş adamı turizm sahəsində Almaniyanın təcrübəsini öyrənmək məqsədi ilə bu ölkədə olmuşdur.
Azərbaycanlı sahibkarlar Cənubi Almaniyanın turizm infrastrukturu və turizm sənayesi sahəsində ən yaxşı təcrübələrlə tanış olaraq dəyərli məlumatlar əldə etmişlər.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 9-da Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) səfərin yekunlarına dair keçirdiyi mətbuat konfransında məlumat verilmişdir.
Bildirilmişdir ki, belə səfərlərin məqsədi ölkəmizdə qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq, həmçinin Azərbaycan və Almaniyanın turizm sektorları arasında təcrübə mübadiləsini sürətləndirməkdir.
Səfər Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Özəl Sektorun Dəstəklənməsi Proqramı tərəfindən respublikamızın İqtisadi İnkişaf Nazirliyi, AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti və Azərbaycan Turizm İnstitutu ilə birgə təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]