RƏSMİ XRONİKA
AZƏRBAYCAN-BELARUS SƏNƏDLƏRİNİN İMZALANMASI
Azərbaycan Prezidentinin Belarus hökumət nümayəndə heyəti ilə görüşü başa çatdıqdan sonra dövlətimizin başçısı Heydər Əliyevin və Belarusun baş naziri Vladimir Yermoşinin iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi oldu.
Azərbaycan Respublikasının hökuməti ilə Belarus Respublikasının hökuməti arasında malların /işlərin, xidmətlərin/ idxalı və ixracı zamanı vasitəli vergilərin tutulması prinsipləri haqqında sazişi Azərbaycan tərəfindən vergilər naziri Fazil Məmmədov, Belarus tərəfindən maliyyə naziri Nikolay Korbut imzaladılar.
Azərbaycan Respublikasının hökuməti ilə Belarus Respublikasının hökuməti arasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən təhsil naziri Misir Mərdanov, Belarus tərəfindən Nazirlər Soveti aparatının rəhbəri Henrix Kumpitski imzaladılar.
Azərbaycan Respublikasının hökuməti ilə Belarus Respublikasının hökuməti arasında ikiqat vergiqoymanın aradan qaldırılması, gəlirlərə və əmlaka münasibətdə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında konvensiyanı Azərbaycan tərəfindən vergilər naziri Fazil Məmmədov, Belarus tərəfindən xarici işlər nazirinin müavini Vasili Puqaçov imzaladılar.
Azərbaycan Respublikasının hökuməti ilə Belarus Respublikasının hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən baş nazirin birinci müavini Abbas Abbasov, Belarus tərəfindən Nazirlər Soveti aparatının rəhbəri Henrix Kumpitski imzaladılar.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Belarus Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən maliyyə naziri Əvəz Ələkbərov, Belarus tərəfindən maliyyə naziri Nikolay Korbut imzaladılar.
Bakı Şəhər İcra Hakimiyyəti ilə Minsk Şəhər İcraiyyə Komitəsi arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Belarus tərəfindən Misnk Şəhər İcraiyyə Komitəsi sədrinin müavini Nikolay Yeroxov imzaladılar.
Sənədlərin imzalanması mərasimində baş nazir Artur Rasizadə, dövlət müşaviri Vahid Axundov, Prezidentin katibliyinin rəisi Dilarə Seyidzadə, iqtisadi inkişaf naziri Fərhad Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edirdilər.