Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN 70 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİM
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

İyunun 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. 

Universitetin bayramsayağı bəzədilmiş binasından Prezident Heydər Əliyevin iri portreti, Azərbaycanın dövlət bayraqları və respublikamızın rəhbərinin “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır”, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, iqtisadiyyatı, öz elmi ilə tanınır”, “Azərbaycan xalqı elmli, bilikli, yüksək təhsilli xalqdır”, “Mən yer üzündə müəllimdən başqa yüksək ad tanımıram” kəlamları yazılmış transparantlar asılmışdı.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə iştirak etmək üçün universitetə gəldi. Bu ali təhsil ocağının həyətinə toplaşan müəllim və tələbələr, paytaxt ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar. Prezidentə gül dəstəsi təqdim olundu.

Prezident Heydər Əliyev onu qarşılayanları səmimiyyətlə salamladı, müəllim və tələbələrlə, universitetin beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançıları ilə görüşdü.

Onlar yubiley mərasiminə gəldiyinə, Azərbaycan təhsilinə göstərdiyi xidmətlərə görə respublikamızın rəhbərinə minnətdarlıqlarını bildirdilər.

Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əli Abbasov bu ali təhsil ocağında həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verdi. Prezident Heydər Əliyev universitetin kompüter zalı, müasir standartlara cavab verən internet sisteminin işi ilə tanış oldu. Burada Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu ilə canlı əlaqə quruldu. İnstitutun əməkdaşları Prezident Heydər Əliyevə internet vasitəsilə müraciət edərək dedilər:

-Zati aliləri, möhtərəm cənab Prezident!

Sizi Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından səmimi qəlbdən salamlayırıq. Siz hazırda respublikamızda ilk dəfə Azərbaycan Dövlət İqtisad Universitetində tətbiq olunan internet şəbəkəsinin işi ilə tanış olursunuz. Bu, Prezidentimizin köməyi ilə universitetdə həyata keçirilən islahatların tərkib hissəsidir. Fürsətdən istifadə edib, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi adından Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyətini, tələbələri yubiley münasibətilə təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayırıq.

Möhtərəm cənab Prezident, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinə verdiyiniz qiymətə, ümumiyyətlə, alimlərimizə göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bütün bu nailiyyətlər Sizin uzaqgörən, müdrik siyasətiniz sayəsində əldə edilmişdir.

Diqqətinizə görə çox sağ olun.

X X X

Sonra təntənəli mərasimin açılışı oldu.

Salona toplaşanlar Prezident Heydər Əliyevi sürəkli alqışlarla qarşıladılar.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, akademik Əli Abbasov mərasimi açdı.

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN REKTORU, MİLLİ MƏCLİSİN DEPUTATI, AKADEMİK ƏLİ ABBASOVUN ÇIXIŞI

Zati-aliləri Cənab Prezident!

Hörmətli qonaqlar, professor-müəllim heyəti və tələbələr!

Möhtərəm Prezident!

Siz ADİU-nun yubiley mərasimində iştirakınızla Azərbaycan elminə, təhsilinə, xalqımızın mədəni irsinə və milli dəyərlərinə göstərdiyiniz qayğı, hörmət və sadiqliyinizi bir daha nümayiş etdirirsiniz. İcazə verin, Sizi - dünya şöhrətli bir şəxsiyyəti, xalqımızın xilaskarı və əbədi rəhbəri, dövlətçiliyimizin banisi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi Azərbaycan Dövlət İqtisad Universitetinin çoxminli kollektivi və yubiley mərasiminin iştirakçıları adından salamlayım. Möhtərəm Prezident, xoş gəlmisiniz!

Azərbaycan Dövlət İqtisad Universitetinin 70 yaşı tamam olur. Tarixi baxımdan qısa görünən bu zaman çərçivəsində universitet enişli-yoxuşlu mürəkkəb, həm də şərəfli yol keçmişdir. Respubllikamız üçün yüksək ixtisaslı iqtisadçı kadrlar hazırlanmasında daim öncül mövqe tutan bu ali təhsil ocağı fəaliyyət göstərdiyi bütün dövr ərzində Azərbaycan elm və təhsilinin adını yüksək tutmağa səy göstərmişdir. Tariximizin ilk dövrü 1930-cu ildə Azərbaycan Ticarət-Kooperativ İnstitutunun yaradılması ilə başlamış və ayrı-ayrı illərdə müxtəlif statusla fəaliyyətini davam etdirmişdir.

1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adı ilə bərpa olunan ali məktəbimiz, həqiqətən, Azərbaycan üçün çox zəruri olan mütəxəssislər hazırlamağa başlamışdır. Təəssüflər olsun ki, Azərbaycan gəncliyinin bu ali məktəbə böyük marağına baxmayaraq, bəzi subyektiv mənfi amillər institutun fəaliyyətinin elə ilk illərindən özünü büruzə verməyə başlamışdır. İnstitutda mövcud olan gözəl iqtisadçı alim və müəllim kollektivi belə hallara qarşı öz etirazını bildirsə də, bu etirazlar bir müddət nəzərə alınmırdı.

Möhtərəm cənab Prezident,1969-cu ildən başlayaraq, Sizin “Qoy ədalət zəfər çalsın!” şüarı altında Azərbaycanın ali məktəblərində həyata keçirdiyiniz mənəvi saflaşdırma prosesi bir çox ali məktəblərdə olduğu kimi bizim institutda da öz nəticələrini əyani surətdə verməyə başladı.

İnstitutun rəhbərliyi təzələndi və onun daxilində sağlam, mənəvi iqlimin formalaşmasına zəmin yaradıldı. Əgər biz tədris proqramlarının təkmilləşdirilməsini, təhsil prosesinin təşkil olunmasını, iqtisadiyyat sahəsində elmi araşdırmaların sanballığını nəzərə alsaq, 70-ci illərin institut üçün, həqiqətən, ən uğurlu bir dövr olduğunu etiraf etməliyik.

Bizim məzunlarımızın, alim və müəllimlərimizin o dövrdə respublikada formalaşan güclü iqtisadi potensialda, əlbəttə də ki, müəyyən payı vardır. Məhz bu baxımdan biz dönə-dönə etiraf etməliyik ki, həmin illərdə Sizin rəhbərliyiniz altında yaranan güclü iqtisadi potensial Azərbaycanın gələcək inkişafı üçün, elm və təhsilin çiçəklənməsi üçün bütün imkanları yaratmışdı.

Bununla belə, bu gün təəssüf hissi ilə qeyd etməliyəm ki, 80-ci illərin ortalarında institutdaxili çəkişmələr artıq rəhbər orqanlar səviyyəsində qarşıdurmaya və müxtəlif mənfi maraqların toqquşmasına gətirib çıxarmışdı. Nəticədə məsələ SSRİ Xalq Nəzarəti və Partiya Nəzarəti Komitələri səviyyəsinə qaldırılmışdı. Öz şəxsi maraqlarını və hədsiz ambisiyalarını güdən bəzi adamlar ümumilikdə Azərbaycan xalqına qarşı və şəxsən Sizə qarşı düşmənçilik siyasəti aparan Mixail Qorbaçovun əlinə onun çoxdan axtardığı bir fürsət vermişdi. Beləliklə, institutumuz SSRİ ali məktəb tarixində görünməyən bir faktla qarşılaşmışdı. İnstitutun müstəqil fəaliyyəti dayandırılmış və o, Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı kimi fəaliyyət göstərməyə məcbur olmuşdu. Leninqradın təhsil dairələrində o qədər də yüksək nüfuza malik olmayan bu institut Bakıya öz emissarını göndərmiş və biz uzun müddət ərzində özümüzü, bir növ, ikinci dərəcəli ali məktəb kimi hiss etməyə vadar edilmişdik.

Üç ildən sonra yeni bir qərar qəbul olundu. Bu qərar bizi sevindirməli idi, amma bu sevincin içərisində sanki bir günah payı da var idi. Bizim üçün ən anlaşılmaz hal o idi ki, 1990-cı ilin Qanlı yanvar günlərində Azərbaycan xalqına divan tutan Qorbaçov elə həmin ildə institutumuzun yenidən bərpa olunmasına qərar verdi. Bərpa olunduqdan sonra iqtisadiyyatı dağılan, illər boyu formalaşmış iqtisadi potensialı hərraca qoyulan Azərbaycan iqtisadiyyatında biz öz yerimizi və mövqeyimizi böyük çətinliklə müəyyən edə bildik. Cənab Prezident, Siz 2000-ci ildə bizə universitet statusu verməklə, əslində, bu ali məktəbə bəraət qazandırmış oldunuz.

İllər ötsə də, insan yaddaşı heç nəyi unutmur. Bu gün mən bütün kollektivimiz adından onu deməyi özümə mənəvi borc bilirəm ki, 1987-ci ildə Sovet dövlətinin ən yüksək rəhbərliyində təmsil olunmuş Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əleyhinə çıxış edən üzdəniraq siyasətçilərin dəyirmanına istər-istəməz biz də su tökmüş olduq.

Cənab Prezident, Sizin bu universitetə gəlişiniz tarixi bir hadisədir. İqtisadiyyatla bağlı keçirdiyiniz iki böyük müşavirədən sonra buraya gəlişinizi biz Azərbaycan iqtisadiyyatının gələcəyinə göstərilən qayğı və diqqət kimi qəbul edirik.

Bu tarixi gündə mən Sizi əmin etmək istəyirəm ki, Azərbaycan iqtisadçıları, universitetimizin kollektivi Sizin iqtisadi siyasətinizi gerçəkləşdirmək üçün bütün səylərini səfərbər edəcəkdir.

Keçən il Azərbaycan dövlət müstəqilliyinin bərpasının 10-cu il dönümünü qeyd etdi. Müstəqillik çox şeyi dəyişdi və bu dəyişikliklərin içində ən məsuliyyətli və ən vacib olan amillərdən biri isə ölkəmizdə yeni iqtisadi sistemin, bazar iqtisadiyyatının elan olunmasıdır.

Möhtərəm Prezident, Sizin çox müdrik bir kəlamınız var: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu sözlər cəmiyyətin inkişafında iqtisadiyyatın əsas yer tutduğunu vurğulayır. Biz də ölkəmizin rastlaşdığı bütün problemlərin həllində iqtisadi inkişafın mühüm rol oynadığını yaxşı başa düşürük.

Məlumdur ki, iqtisadiyyatımız nə qədər çox inkişaf etsə, xalqımızın yaşayış səviyyəsi yüksəlməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzu da bir o qədər artar, daxili ictimai-siyasi sabitliyi möhkəmlənər, hərbi qüdrəti yüksələr. Bir sözlə biz əminik ki, xalqımızın tam xöşbəxtliyi, bütün problemlərimizin, o cümlədən Dağlıq Qarabağ probleminin həlli açarları da iqtisadi tərəqqi yolundadır. Biz - ADİU-nun bütün kollektivi, qloballaşan iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlayan professor-müəllim heyətimiz, Azərbaycan xalqı və Prezidentimiz möhtərəm Heydər Əliyev qarşısında öz məsuliyyətimizi başa düşürük və son illər universitetimizdə təhsil islahatlarına geniş yer veririk. İqtisadi sistemimizin dəyişilməsi, yəni bazar iqtisadiyyatına keçid iqtisadi təhsil islahatlarının daha da intensiv şəkildə həyata keçirilməsini tələb edir.

Müasir həyatın tələblərinə uyğun olaraq universitetimizdə islahatlar proqramı işlənib hazırlanmış və ardıcıl şəkildə həyata keçirilir. Bu islahatlar proqramı çərçivəsində son illər universitetdə gedən dəyişikliklərin hüdudlarını təsəvvür etmək üçün qısa olaraq bunları bildirmək istəyirəm. Müasir bazar iqtisadiyyatına, yəni iqtisadi siyasətə uyğun ixtisaslar artırılmış, tədris plan və proqramları Avropa standartlarına uyğunlaşdırılır. Tədris prosesində yeni informasiya texnologiyasının tətbiqinə başlanılmış, sərbəst İNTERNET sistemi yaradılmışdır. Bu sistem təkcə bizim universitetə yox, həmçinin digər tədris müəssisələrinə də İNTERNET xidməti göstərir və AMEA-nın İNTERNET sistemi ilə birlikdə elm və təhsil üçün vahid informasiya infrastrukturunu təşkil edir.

Qeyd etmək istəyirəm ki, bu mərasimimiz universitetdə yenicə yaradılmış İNTERNET-STUDİYA vasitəsilə universitetin digər otaqlarına, digər ali məktəblərə və həmçinin xarici elm və təhsil müəssisələrinə birbaşa yayımlanır. Respublikamızda ilk dəfə distant təhsil sistemi yaradılmış və artıq 2001-ci ilin sentyabrında yenidən hazırlanma fakültəsinə 52 tələbə qəbul olunmuşdur. Həmçinin, Amerika Birləşmiş Ştatlarının “Sayber-Star” firması ilə bağlanmış müqaviləyə əsasən dünyanın bir neçə aparıcı universitetlərinin seçilmiş mühazirələri universitetimizin auditoriyalarına translyasiya olunur və onların elektron kitabxanalarından istifadə həyata keçirilir. İNTERNET xidmətləri nəinki universitet auditoriyalarına, habelə müəllimlərin və əlaçı tələbələrin evlərinə də təmənnasız verilir.

İxtisas fənlərinin kompüterlər əsasında öyrənilməsinə və iqtisadi sistemlərin kompüter modellərinin tədrisində tətbiqinə başlanılmışdır. Tələbələrin bir hissəsi dünyanın real fond birjaları, maliyyə bazarları, iqtisadi sistemləri ilə bilavasitə tanışlıq və öyrənmək imkanları əldə etmişlər.

Bu il universitetimiz Avropa universitetlər assosiasiyasına tamhüquqlu üzv qəbul olunmuşdur. Dünyanın 12 ali təhsil ocağı ilə əməkdaşlıq müqaviləsi fəaliyyət göstərir. Universitet TASİS-TEMPUS proqramları çərçivəsində, Amsterdam, Monpelye universitetləri ilə, ikitərəfli razılaşmalar əsasında isə Moskva Dövlət İqtisadiyyat, statistika və informatika universiteti, Harvard universitetinin iqtisad fakültəsi ilə birbaşa əməkdaşlıq edir. Avropa standartlarına uyğun üç magistr qrupu və istedadlı tələbələrdən idarət hər il iki xüsusi qrup təşkil edilir. Bu tələbələr yüksək tədris şəraitləri ilə yanaşı, Şimali Amerikanın və Qərbi Avropanın iqtisadi təhsil proqramları əsasında ingilis və fransız dillərində hazırlanırlar.

Təxminən 50-ə qədər tələbəmiz hər il beynəlxalq qrantlar və bu ildən isə universitetimizin xüsusi vəsaitləri hesabına təhsillərini müxtəlif səviyyələrdə xarici dövlətlərdə davam etdirirlər. Türkiyənin Yüksək Öyrətim Kurumu, Eytim bakanlığı və Azərbaycanın Təhsil Nazirliyinin birgə razılaşması ilə universitetimizdə türk bölməsi də yaradılmışdır ki, bundan məqsəd həm də Türkdilli ölkə gənclərinin universitetimizdə təhsilə cəlb olunmasıdır.

Etiraf etməliyik ki, universitetimizdə MDB məkanına xas elmi tədqiqat işləri nisbətən zəif aparılır. Lakin universitetdə yüksək səviyyəli iqtisadçı alimlərin fəaliyyət göstərdiyini nəzərə alaraq, daim axtarışdayıq. Universitet büdcəsi elmi işlərin maliyyələşdirilməsi üçün məhdud olduğundan, özünümaliyyələşdirmə və beynəlxalq birgə layihələr əsasında aparıla bilən elmi tədqiqatların təşkilinə üstünlük veririk.

Elə bu yaxınlarda Avropa Birliyinin TASİS proqramının rəhbərliyi ilə universitetimiz arasında təsərrüfat müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən universitetimizin alimləri Avropa Birliyi tərəfindən respublikamızda idarəetmədə islahatlar və dünya ticarət təşkilati ilə əməkdaşlıq üçün təkliflərin hazırlanmasında və elmi əsaslandırılmasında iştirak edirlər. Müqavilə hər il üçün cəmi 60 min dollar həcmindədir. Bu müqavilə “Elmi tədqiqatların nəticələrinin tətbiqi, onların bazar iqtisadiyyatı mühitində xilaskarıdır” tesizini ortaya çıxarır. Yeri gəlmişkən, deyim ki, bu tezis Sizin qiymətli kəlamınızda daha geniş və dəqiq səslənmişdir: “Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirə bilən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.

Xüsusilə qeyd etmək istəyirəm ki, 1996-cı ildə yaradılmış “Heydər Əliyev iqtisadi idarəetmə məktəbi” 2000-ci ildən universitetimizin nəzdində fəaliyyət göstərir. Əsas məqsəd möhtərəm Prezidentimizin iqtisadi idarəetmə təliminin öyrənilməsi, müstəqillik əldə olunandan sonra dövlətin iqtisadi siyasətinin və iqtisadi nailiyyətlərinin təbliği, ölkəmizdə gedən iqtisadi proseslərə alim münasibəti və iqtisadi problemlərimizin həllində təklif və tövsiyyələrin hazırlanması kimi alim və müəllimlik vəzifələrimizi həyata keçirməkdən ibarətdir.

Hazırda universitetimizdə 14 minə yaxın tələbə oxuyur. Bu təhsil ocağında 1700-dən artıq professor-müəllim və əməkdaş çalışır. Bu böyük kollektivin milli-mənəvi dəyərlərimizə yiyələnməsi və vətəndaşlıq ruhunda tərbiyə olunması humanitar fəaliyyətimizin əsasını təşkil edir. Bu məqsədlə bir neçə klub təşkil edilmiş, tələbələrlə mütəmadi təbliğat məşğələləri keçirilir. Humanitar fənlərimizin proqramlarına hörmətli Prezidentimizin son illər milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi sahəsindəki sərəncam və fərmanları, müraciət və çıxışları, onların təbliği daxil edilmişdir. Elə bunun nəticəsidir ki, son iki il ərzində Yeni Azərbaycan Partiyasının nüfuzu gənclər arasında artmış və 2000-ci ildə ərazi təşkilatımızda cəmi 82 nəfər YAP üzvü var idisə, indi onların sayı 2600 nəfərdən çoxdur, yəni qürurla deyə bilərik ki, bu gün hər 100 YAP-çıdan biri bizim universitetimizdədir.

Bu gün tələbələrimiz hərtərəfli fəallıq göstərir, beynəlxalq konfranslarda və elmi olimpiadalarda iştirak edirlər. Bir ay bundan öncə universitetimizin tələbələri iqtisadiyyat üzrə beynəlxalq olimpiadanın final mərhələsinə çıxmışlar. Bir neçə tələbəmiz isə Avropa və beynəlxalq müsabiqələrin qalibi olmuş, yaxud fərqlənmişlər.

Orta məktəblərlə əlaqələrimiz də yaxşıdır. Onlara müəyyən kömək göstəririk. Məsələn, 91 nömrəli Bayıl, Maştağa və Türkan kənd məktəblərində, 1 nömrəli Bakı şəhər internat litseyində İNTERNET sistemi qurulmuş və onlara təmənnasız xidmət göstərilir. Tələbələr arasında yüksək hazırlıqlı idmançılar, dünya və Avropa çempionları, iki şən və hazırcavablar klubu fəaliyyət göstərir. Fərəhlə qeyd edim ki, son illər cənab İlham Əliyevin nüfuzu bütün ölkəmizdə olduğu kimi bizim universitetimizdə də xeyli artmışdır. Gənclərimiz öz çoxsahəli fəaliyyəti ilə dövlətimizin aparıcı siyasətçilərindən birinə və partiya rəhbərliyində ikinci şəxsə çevrilmiş, iqtisadi inkişafın dayağı kimi və ən başlıcası xalqına, vətəninə, soykökünə əbədi bağlı olan, xüsusi diplomatik məharətə malik cənab İlham Əliyevə siyasi ümidlər və inam bəsləyirlər.

Universitetimizdə xüsusi vəsaitlərin xərclənməsinə çox ehtiyat və diqqətlə yanaşılır. Real gəlirlərin 60 faizi hər ay yardım şəklində müəllim və əməkdaşların əmək haqqına əlavə olunur. Müqayisə üçün deyim ki, professorun əmək haqqına əlavə olaraq hər ay 340 min manat, xadimələrin əmək haqqına isə ayda 120 min manat əlavə edilir.

Möhtərəm Prezident, bütün Azərbaycan xalqı kimi, çoxminli kollektivimiz də bu gün torpaqlarımızın 20 faizinin erməni işğalı altında olmasını və 1 milyon qaçqın və məcburi köçkünün mövcudluğunu xalqımızın ağır tarixi problemi hesab edir. Hər bir azərbaycanlı anlayır ki, 1987-1993-cü illərdə həm o zamankı mərkəzdə və çox təəssüflər olsun ki, həm də respublikamızda Sizə qarşı həyata keçirilən siyasi və mənəvi repressiyalar nəticəsində Azərbaycanın düçar olduğu bu ağır problemin tezliklə həlli bu gün ən çox Sizi narahat edir.

Bütün xalqımız kimi biz də bilirik ki, Siz mümkün olan bütün vasitələrdən istifadə edir, Zati-alilərinizə xas olan əql, müdriklik, rəhbərlik və siyasi potensialınızı bütövlüklə, qətiyyət və əzmlə ölkəmizin ərazi bütövlüyünün bərpasına yönəltmisiniz. Biz inanırıq ki, Siz və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı bu problemin ədalətli həllinə nail olacaqdır. Bu yolda Sizin seçdiyiniz və həyata keçirdiyiniz istənilən mübarizədə Sizi dəstəkləyirik.

Möhtərəm Prezident, 2002- il 12 iyun tarixli fərman və sərəncamınızla universitetimizin bir sıra müəllim və professorunu yüksək adlarla, orden və medallarla təltif etməyiniz kollektivimizin tələbədən rektora qədər hər bir üzvünə çox böyük sevinc və fərəh hissləri bəxş etmişdir. Biz dövlətimizin bu şərəf töhfələrini bütün kollektivimizə verilən yüksək qiymət kimi dəyərləndiririk.

Bu tarixi qərar universitetimizə verilən özünüidarə statusu ilə bərabər, elmi-pedaqoji fəaliyyətimizdə bizim üzərimizə böyük məsuliyyət qoyur.

Möhtərəm Prezident, mən iqtisadçı kadrların hazırlanmasında bütün varlığımızla çalışacağımıza kollektivimiz adından Sizə söz verirəm.

Möhtərəm Prezident, icazə verin, gərgin iş rejiminizə baxmayaraq, vaxt tapıb kollektivimizin bayram sevinclərini bizimlə bölüşdürdüyünüzə görə bütün kollektivimiz adından Sizə öz minnətdarlığımı bildirim. Sizin universitetimizə gəlişiniz və yubiley mərasimimizdə iştirakınız universitetimizin tarixində qızıl səhifəyə çevriləcəkdir.

Möhtərəm Prezident, bütün kollektivimiz və mərasim iştirakçıları adından Sizə möhkəm cansağlığı, uzun ömür, ailənizlə birlikdə səadət, Azərbaycan xalqının işıqlı gələcəyi naminə yorulmaz və məğlubedilməz fəaliyyətinizdə ulu tanrıdan uğurlar diləyirəm. Çox sağ olun.

X X X

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə nitq söylədi. (Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev universitetin professor-müəllim heyəti ilə, tələbələrlə səmimi görüşdü, onları təbrik etdi.

Prezident Heydər Əliyev ali təhsil ocağının qarşısına vurulmuş “Azərbaycan Prezidenti Heydər Əlirza oğlu Əliyev bu ali məktəbdə təhsil almışdır” sözləri yazılmış lövhəyə baxdı, binanın qarşısına toplaşmış tələbələr və şəhər sakinləri ilə səmimi görüşdü.

Mərasimdə Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin icra aparatının şöbə müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur