Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN DÜNYANIN BÜTÜN DÖVLƏTLƏRİ İLƏ BƏRABƏRHÜQUQLU VƏ ÇOXTƏRƏFLİ MÜNASİBƏTLƏR UĞRUNDA ÇIXIŞ EDİR

Dünən respublika Prezidenti Heydər Əliyev İsrailin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət heyəti qəbul edərkən bildirmişdir: “Azərbaycan İsrail ilə ticarət-iqtisadi əlaqələri fəallaşdırmaq niyyətindədir”. Nümayəndə heyəti bir gün əvvəl Bakıya respublikada ictimai-siyasi vəziyyətlə və onun yəhudi icmasının həyatı ilə tanış olmaq üçün gəlmişdir. Onun səfəri üç gün davam edəcək.

Azərbaycan dövlətinin başçısı həmçinin demişdir ki, iqtisadi xarakterli məsələləri, habelə hər iki ölkənin digər sahələrdə əməkdaşlığını, o, İsrailə özünün rəsmi səfəri zamanı müzakirə etməyi planlaşdırır. Azərbaycan Prezidenti İsrailə ölkənin Prezidenti Ezer Vetysman tərəfindən dəvət olunmuş və bu səfər cari il oktyabr ayının ikinci yarısı üçün nəzərdə tutulmuşdur. Respublika rəhbəri ümid edir ki, onun səfəri iki dövlət arasında çoxtərəfli və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişafına xidmət edəcəkdir.

Görüş zamanı Azərbaycan Prezidenti respublika rəhbərliyinin xarici siyasət konsepsiyasından ətraflı danışmışdır. Bu konsepsiya dünyanın bütün dövlətləri ilə qarşılıqlı fayda və təbii olaraq, onlardan hər birinin mənafeyinə hörmət bəslənməsi əsasında bərabərhüquqlu və çoxtərəfli əlaqələr yaradılmasından ibarətdir. Heydər Əliyev bununla əlaqədar nəzərə çarpdıraraq demişdir: “Biz qonşu ölkələrlə münasibətlərin inkişafına böyük əhəmiyyət verir və hesab edirik ki, bu münasibətlər normal olmalı, dostluq xarakteri daşımalıdır”.

Dövlətin başçısı Ermənistanla münasibətlərlə əlaqədar təəssüfləndiyini bildirmiş və qeyd etmişdir ki, Azərbaycan müharibənin tezliklə qurtarması uğrunda çıxış edir. Münaqişə zonasında bütün hərbi əməliyyatların dayandırılması və Ermənistanla dinc, mehriban qonşuluq münasibətləri yaradılması mövqeyində durmuşdur.

Heydər Əliyev mayın 12-dən münaqişə zonasında müvəqqəti barışığa əməl olunmasını, habelə bu çox mürəkkəb problemin tənzimlənməsində Rusiyanın və ATƏM-in Minsk qrupunun fəal vasitəçilik rolunu müsbət amillər kimi qiymətləndirmişdir. O demişdir ki, bütün hərbi əməliyyatların dayandırılması haqqında böyük siyasi saziş (BSS) bağlanması məqsədilə hazırda tərəflər danışıqlar aparırlar. Onun dediyi kimi, Azərbaycanın tələbləri bunlardan ibarətdir: Ermənistanın silahlı birləşmələri işğal edilmiş ərazilərdən çıxarılmalı, bir milyon nəfərdən çox qaçqın buraya qayıtmalı, respublikanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır. Azərbaycan Prezidenti bunu istisna etmir ki, Dağlıq Qarabağın statusu məsələsinə də baxıla bilər. Heydər Əliyev bildirmişdir: “Respublikanın bu bölgəsində yaşayan ermənilər Azərbaycan dövlətinin vətəndaşlarıdır, onlar milli azlıq təşkil edirlər və Azərbaycan dövləti onların tam təhlükəsizliyinə təminat verir”. Bununla bərabər o hesab edir ki, münaqişənin gedişində ev-eşiyindən qovulmuş azərbaycanlılar buraya qaytarılmalıdır. Dövlətin başçısı qeyd etmişdir ki, Dağlıq Qarabağın statusu məsələsinin müzakirəsi zamanı həmin məsələyə də baxılacaqdır. O demişdir: “Təbiidir ki, biz dünya birliyinin həmrəyliyinə və köməyinə, respublikada baş verən mürəkkəb proseslərə obyektiv münasibət, o cümlədən də İsrail dövləti və onun ictimaiyyəti tərəfindən obyektiv münasibət göstəriləcəyinə ümid bəsləyirik”.

Prezident nəzərə çarpdırmışdır ki, iqtisadiyyat sahəsində respublikanın strateji xətti islahatlar aparmaqdan və bazar prinsiplərini bərqərar etməkdən ibarətdir. O bildirmişdir: “Dövlət quruculuğu və cəmiyyətin həyatı sahəsində biz hüquqi dövlət quruculuğu, azadlıq və demokratiya, siyasi plüralizm prinsiplərinin bərqərar edilməsi, şəxsiyyətin hüquqlarının təmin olunması mövqelərində möhkəm dayanmışıq, həm də dünya təcrübəsinə arxalanırıq”. Heydər Əliyev Azərbaycan dövlətinin çoxmillətli tərkibini müsbət hal sayır. Burada bütün vətəndaşlar bərabər hüquqlara malikdirlər.

Dövlətin başçısı demişdir: “Azərbaycanın yəhudi icması cəmiyyətimizin bir hissəsidir. Onun nümayəndələri XX əsrdə Azərbaycanda elm və incəsənətin, texnika və iqtisadiyyatın inkişafında böyük rol oynamışlar. Bu isə burada yüksək qiymətləndirilir və Azərbaycan xalqı bunu heç vaxt unutmayacaqdır”.

Azərbaycan Prezidenti İsrail jurnalistlərinin Xəzər şelfində neft yataqlarının birgə işlənməsi haqqında Qərb konsorsiumu ilə bağlaşma imzalanmasının perspektivləri barədə suallarına da cavab vermişdir. Onun dediyinə görə, indi tərəflər Amerikanın Hyuston şəhərində bu sənədin mətni üzərində işləyirlər. Bununla əlaqədar Heydər Əliyev həmçinin nəzərə çarpdırmışdır ki, Azərbaycan öz milli mənafelərini əsas tutaraq, xarici şirkətlərlə hər hansı əməli əməkdaşlığa hazırdır.

Görüşdə xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə, İsrailin respublikadakı səfiri Eliezer Yotvat, “Soxnut” Ümumdünya Yəhudi Agentliyinin Bakıdakı nümayəndəliyinin başçısı Lev Bardani iştirak etmişlər.

Aslan Aslanov

AZƏRTAC–ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Ədibin Evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI