Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN-FRANSA:
QARŞILIQLI MÜNASİBƏTLƏRDƏ MÜHÜM MƏRHƏLƏ
YELİSEY SARAYINDA DANIŞIQLAR

Dekabrın 20-də axşam Yelisey sarayında Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa rəhbərliyi tərəfindən təntənəli rəsmi qarşılanma mərasimi keçirildi. Sarayın həyətində fəxri qarovul dəstəsi düzüldü. Azərbaycan dövlətinin başçısını və onu müşayiət edən şəxsləri gətirən maşınlar karvanı Yelisey sarayının həyətindəki geniş meydana daxil olan kimi təntənəli marş çalındı. Fransa Prezidenti Fransua Mitteran Azərbaycan rəhbəri Heydər Əliyevi sarayın pilləkənləri yanında qarşıladı. Sonra iki ölkənin prezidentləri arasında danışıqlar başlandı.

Görüşdə Azərbaycanla Fransa arasında əməkdaşlıq imkanları hərtərəfli müzakirə olundu. Danışıqlarda Azərbaycan torpağında gedən müharibə və Dağlıq Qarabağ məsələlərinə geniş yer verildi. Fransua Mitteran açıq bildirdi ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyir. Heydər Əliyev Azərbaycan həqiqətlərini Fransa Prezidentinə duydurmağa müvəffəq oldu. Fransua Mitteranın mövqeyində Azərbaycanın xeyrinə xeyli dəyişiklik yarandı. Görüş zamanı iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə də uzunmüddətli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı. Bu tarixi görüş Azərbaycanla Fransa və digər Avropa ölkələri arasında əməkdaşlığın əsasını qoydu.

Dünya siyasi xadimləri arasında ən zəngin təcrübəyə və nüfuza malik olan Fransua Mitteranın Azərbaycana xüsusi diqqət yetirməsi müşahidəçilərdə böyük maraq doğurdu.

Danışıqlardan sonra prezidentlər Yelisey sarayının Müyurad salonuna daxil oldular. Fransua Mitteran və Heydər Əliyev Azərbaycanla Fransa arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq barədə müqavilə imzaladılar. Heydər Əliyev ATƏM-in əsas sənədlərindən biri olan yeni Avropa üçün Paris Xartiyasına Azərbaycanın qoşulması barədə sənədi də imzaladı. Sonra prezidentlər Fransa, Azərbaycan və digər ölkələrin jurnalistləri qarşısında bəyanatla çıxış etdilər.

Fransa dövlətinin başçısı Fransua Mitteran Heydər Əliyevə müraciətlə dedi ki, mən sizi burada qarşılamağa çox şadam. Bizim əlaqələrimiz çox az-az olur. Odur ki, sizin Parisə səfəriniz ümdə problemləri əsaslı şəkildə müzakirə etməyimizə imkan verir. İndicə siz yeni Avropa üçün Paris Xartiyasını, hər ikimiz isə ölkələrimiz arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqaviləni imzaladıq. Siz Paris Xartiyasına imza atmaqla, ATƏM çərçivəsində öz üzərinizə öhdəliklər götürdünüz, BMT prinsiplərinə sadiq olduğunuzu nümayiş etdirdiniz.

Fransa Prezidenti daha sonra dedi: Əmin ola bilərsiniz ki, hamımızın ehtiyac duyduğumuz sülhün tezliklə bərqərar olmasında Fransa sizinlə yanaşı olacaqdır. İkitərəfli müqaviləmiz də buna sübutdur. Bu sənəd Fransa-Azərbaycan münasibətlərinin inkişafında mühüm mərhələ olacaqdır, çünki o həm ikitərəfli, həm də çoxtərəfli gələcək əməkdaşlığımızın çərçivəsini müəyyənləşdirir. Biz siyasi, iqtisadi mədəni və elmi-texniki sahələrdə, habelə təhlükəsizliyin təmin olunması işində əməkdaşlıq etməyi nəzərdə tuturuq. Bu da indiyədək məhdud olan münasibətlərimizə geniş vüsət verməyə birgə səy göstərdiyimizi sübut edir.

Fransua Mitteran sözünə davam edərək dedi ki, Fransa Qarabağ münaqişəsinin genişlənməsini təşvişlə izləyir və orada dinc əhalinin əzab-əziyyət çəkməsinə təəssüf edir. Biz həmin əhaliyə kömək edirik və bu köməyi artıracağıq. Fransa Prezidenti dedi ki, biz zor işlətməklə sərhədlərin dəyişdirilməsini qəbul etmirik, eləcə də münaqişənin zor gücünə aradan qaldırılmasına tərəfdar deyilik. Biz Azərbaycanın müstəqilliyinə və suverenliyinə hörmət bəslənilməsinə tərəfdarıq. Təklif etmişik ki, ATƏM çərçivəsində beynəlxalq konfrans keçirilsin. Bütün əlaqədar tərəfləri xoş məram göstərməyə çağırırıq. Lakin Ermənistan və Azərbaycan qüvvələrinin qarşı-qarşıya durduğu yerdə bu prinsiplərə indiyədək əməl olunmamışdır. Hazırda ən böyük çətinliklər Azərbaycan ərazisində hiss olunur. Mən bunu Ermənistan rəhbərlərinə də demişəm. Yalnız hüquqa əsaslanmaqla beynəlxalq miqyasda rəğbət qazanmaq olar. Sizinlə görüşləri, sizə köməyi davam etdirəcəyik. Bu zaman beynəlxalq prinsiplərə əsaslanacağıq. Həmin prinsiplər bütün demokratik ölkələr üçün məcburidir.

Fransua Mitteran axırda dedi: Cənab Prezident, sizi burada qəbul etmək bizim üçün xoşdur. Arzu edirəm ki, bundan sonra hər iki ölkəmiz üçün faydalı olacaq başqa tədbirlər də keçirilsin.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Fransua Mitterana müraciətlə dedi: Cənab Prezident, Fransaya dəvət olunduğumuza görə sizə minnətdaram və indi bu tarixi, möhtəşəm sarayda sizinlə yanaşı oturduğuma çox şadam. Sizinlə söhbətdən çox razıyam. Bu söhbət zamanı Azərbaycandakı vəziyyətə xeyirxah münasibətinizi hiss etdim və bu böhranlı vəziyyətdən çıxmaqda respublikamıza kömək etmək istəyinizin səmimiliyinə inandım. Vəd etdiyiniz və göstərəcəyiniz səylərə görə də sizə minnətdaram. Mən mühüm beynəlxalq sənəd olan Paris Xartiyasını sizin iştirakınızla böyük məmnuniyyətlə imzaladım. Bununla da Azərbaycan Respublikası təhlükəsizliyə və sülhə sadiq olduğunu nümayiş etdirir.

Azərbaycanın dövlət başçısı sözünə davam edərək dedi: İndicə sizinlə birgə imzaladığımız dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində yeni mərhələdir. Yelisey sarayında Azərbaycanla Fransa arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyduq. Cəmi iki il əvvəl dövlət müstəqilliyi əldə etmiş Azərbaycan Respublikası üçün bu, mühüm tarixi hadisədir.

Heydər Əliyev daha sonra bildirdi ki, qədim tarixi olan, bəşər sivilizasiyasını zənginləşdirmiş, dünya siyasətinə təsir göstərən Fransa kimi nəhəng dövlətlə əməkdaşlıq etmək bizim üçün çox zəruridir. Demokratiya nümunəsi göstərmiş və göstərməkdə davam edən, humanistlik və sülhsevərlik nümayiş etdirən Fransa bizim üçün çox mühüm tərəfdaşdır. Biz şadıq ki, sizinlə bu müqaviləni imzalamışıq və onun həyata keçirilməsinin səmərəli olacağına, əməli nəticələr verəcəyinə ümid edirik.

Azərbaycan Prezidenti dedi: Dağlıq Qarabağdakı vəziyyətlə bağlı sizin narahatlığınızı, qanunun aliliyi, hər bir dövlətin sərhədlərinin toxunulmazlığı və təhlükəsizliyi prinsiplərinə əməl edilməsinin zəruriliyi barəsində bəyanatınızı dərin razılıq hissi ilə qəbul etdim. Ümid etmək istərdim ki, siz öz şəxsi nüfuzunuzdan, Fransanın nüfuzundan istifadə edib, Ermənistan hərbi birləşmələrinin Azərbaycana təcavüzünün qarşısının alınmasına, bölgəmizdə sülh yaradılmasına kömək göstərəcəksiniz. Biz konstruktiv mövqedə durur və sizin tərəfinizdən əməli köməyə ümid bəsləyirik. Arxayın ola bilərsiniz ki, Fransa Azərbaycanın simasında uzun illər ərzində əməkdaşlıq üçün etibarlı tərəfdaş əldə edir. Biz sülh və təhlükəsizlik, insan hüquqlarına hörmət, demokratiya və siyasi plüralizm prinsiplərinə həmişə sadiq qalacağıq. Gənc müstəqil dövlətimizin quruculuğunda Fransanın zəngin dövlətçilik təcrübəsindən, demokratiyasından hökmən istifadə edəcəyik.

Heydər Əliyev axırda dedi: Cənab Prezident, biz səbirsizliklə sizin Azərbaycana səfərinizi gözləyəcəyik. Ümid edirəm ki, şəxsi əlaqələrimiz ölkələrimiz arasında gələcək qarşılıqlı əməkdaşlığın inkişafına kömək edəcək və bu da Azərbaycan xalqına böyük xeyir verəcəkdir. Respublikamıza və xalqımıza göstərdiyiniz böyük diqqətə görə sizə təşəkkürümü bildirirəm.

X X X

Bir sıra icmalçıların fikrincə, iki ölkə arasında bağlanan dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə ölkələrimizin bütün sahələrdə əlaqələrinin inkişafına kömək edəcəkdir. Lazım gəldikdə, bu müqavilənin müddəalarının həyata keçirilməsinə yönəldilmiş digər sazişlər də imzalanacaqdır. İcmalçılar qeyd edirlər ki, Azərbaycanla Fransa arasında siyasi əməkdaşlığın genişlənməsinə də böyük imkanlar açılır. Bu müqaviləyə əsasən tərəflər səlahiyyətli beynəlxalq təşkilatlar çərçivəsində azadlıq və demokratiya barədə qəbul olunmuş ümumbəşəri dəyərləri tanıyaraq, insan hüquqlarının və azadlıqlarının qorunması üçün əməkdaşlıq edəcəklər. Müqavilənin müddəaları BMT nizamnaməsinin məqsəd və prinsiplərinə, habelə ATƏM-in sənədlərinə əsaslanır.

LUVR MUZEYİ İLƏ TANIŞLIQ

Dekabrın 20-də günün birinci yarısında Azərbaycan Prezidenti Heydər Əliyev Parisdəki Böyük Luvr sarayına getdi. Prezidenti səfərdə müşayiət edən xarici işlər naziri Həsən Həsənov, dövlət müşaviri Vəfa Quluzadə və digər rəsmi şəxslər, habelə tanınmış ziyalılar Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil Hüseynli də Heydər Əliyev ilə birlikdə Parisin bu möhtəşəm muzeyində oldular.

Luvr Fransanın nadir incisidir. Bu saray vaxtilə Napoleonun iqamətgahı olmuş və sonradan muzeyə çevrilmişdir. Burada dünyanın əksər ölkələri və xalqlarının, o cümlədən Azərbaycanın orta əsrlərə aid dekorativ-tətbiqi sənət nümunələri – xalçalar, parçalar, tikmələr, metal məmulatı saxlanılır.

Muzeyin əməkdaşları və tamaşaçılar Azərbaycan Prezidentini və nümayəndə heyətimizin üzvlərini mehribanlıqla qarşıladılar. Qonaqlara burada nümayiş etdirilən sənət əsərləri barədə məlumat verildi.

JURNALİSTLƏRLƏ GÖRÜŞ

Prezident Heydər Əliyev Luvr muzeyi ilə tanışlıqdan sonra Fransa Xarici İşlər Nazirliyi yanında diplomatik mətbuat assosiasiyasının üzvləri ilə görüşdü. Bu assosiasiya Fransanın çox nüfuzlu, təcrübəli jurnalistlərini birləşdirir və ölkə mətbuatının əsas istiqamətlərinin müəyyənləşməsində onların mühüm rolu vardır. Dünya sivilizasiyasının öncül dövlətlərindən biri olan Fransa mətbuatı tam azaddır. Lakin hər bir ölkədə olduğu kimi, burada da nüfuzlu jurnalistlər ictimai rəyə təsir göstərə bilirlər. Elə buna görə Prezident Heydər Əliyev bu görüşə xüsusi yer ayırdı. O, Azərbaycandakı ictimai-siyasi vəziyyət, Ermənistan Silahlı Qüvvələrinin torpaqlarımızı işğal etməsi, qaçqınların problemləri, müharibəyə son qoymaq üçün Azərbaycanın sülh təşəbbüsləri haqqında geniş söhbət açdı.

Görüşdə respublikanın xarici işlər naziri Həsən Həsənov, Fransanın Azərbaycandakı səfiri Jan Perren və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir