Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN İNGİLTƏRƏYƏ PƏNCƏRƏ AÇDI
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BÖYÜK BRİTANİYA SƏFƏRİ BARƏDƏ AZƏRTAC MÜXBİRLƏRİNİN FOTOREPORTAJI

Böyük Britaniya nüfuzlu bir dövlət kimi istər Avropada, istərsə də dünya miqyasında özünəməxsus yer tutur. Zəngin ənənələrə malik olan və onları əsrlərin sınağından çıxararaq indi də xüsusi bir mühafizəkarlıqla qoruyub saxlayan bu ölkədə tarixi meyarlarla müasir dövrün əlamətləri arasında qəribə bir vəhdət, uyarlıq yaranmışdır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında dövlət başçısı kraliçadır, ancaq demokratik hakimiyyət orqanı olan parlament də vardır. Hazırda dünyanın ən inkişaf etmiş ölkələrindən, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Böyük Britaniya gənc müstəqil dövlətin – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi ən ali dərəcəli qonaqlara məxsus yüksək diplomatik səviyyədə qarşıladı.

Doğrudur, ölkənin müxtəlif dairələrində Azərbaycan haqqında olduqca az məlumata malikdirlər. Lakin Qərbin bu nüfuzlu ölkəsində Prezidentimiz Heydər Əliyevi çox yaxşı tanıyır, ona dünyanın ən görkəmli siyasətçilərindən biri kimi böyük maraq göstərirlər.

Azərbaycan dövlətinin başçısı səfərinin elə ilk günü əməli görüşlərə başladı. İngiltərə nazirləri, iş adamları ilə görüşdü. Fevralın 23-də məşhur Forin offisdə Prezidentimizin təntənəli rəsmi qarşılanma mərasimi keçirildi. Heydər Əliyev yüksək şərəf və ehtiramla qarşılandı. Bundan sonra Baş nazir Con Meycorla danışıqlar başlandı, iki dövlət arasında çox mühüm müqavilələr bağlandı. Beləliklə, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın möhkəm bünövrəsi qoyuldu.

Heydər Əliyevlə İngiltərənin keçmiş Baş naziri, siyasət aləmində “dəmir ledi” adı ilə məşhur olan Marqaret Tetçerin görüşü dünyanın iki görkəmli siyasi xadiminin açıq və səmimi dialoquna çevrildi.

Sonra Azərbaycan Prezidenti Avropa Yenidənqurma və İnkişaf Bankında oldu. Bu bank ölkəmizdə həyata keçiriləcək bir sıra irimiqyaslı layihələrin maliyyələşdirilməsinə kömək göstərəcəkdir.

İngiltərə parlamentinin aşağı palatasında - icmalar palatasında Azərbaycan rəhbəri ilə görüşlər çox mənalı keçdi. Əzəmətli Vestminster sarayında yerləşən parlamentin özünəməxsus ənənələri var. Heydər Əliyev burada olarkən Baş nazir Con Meycor palatada çıxış etdi. Sonra Prezidentimiz Azərbaycanla bağlı xüsusi olaraq yaradılmış parlament fraksiyasının deputatları ilə söhbət etdi, respublikamızın müasir həyatı barədə onlara məlumat verdi.

İqtisadi islahatlara başlayan respublikamız üçün Qərbin ən nüfuzlu firmaları ilə əlaqələr qurmaq və Azərbaycana investisiya qoyulmasına nail olmaq çox vacibdir. Ona görə də Böyük Britaniyanın iş adamları, nüfuzlu şirkətləri ilə görüşlər səfərin proqramında mühüm yer tuturdu. Keçirilən görüşlər, aparılan danışıqlar uğurlu nəticələr verdi. Məsələn, Ci-Pi-Ti şirkəti respublikamızda rabitə sisteminin tamamilə yenidən qurulması və modernləşdirilməsində yaxından iştirak edəcəkdir. “Kayzer inciniriq” şirkətinin Sumqayıt alüminum zavodunda aparacağı yenidənqurma sayəsində müəssisənin istehsal gücü bir neçə dəfə artacaq, həmin şirkət respublikamıza böyük məbləğdə kredit ayrılmasına kömək göstərəcəkdir. “Con Braun” şirkəti kimya müəssisələrimizdə fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın yeniləri ilə əvəz olunması və bu zavodların istehsal gücünün artırılması üçün layihələr hazırlamışdır. Həmin layihələrə əsasən yaxın illərdə bir sıra istehsal sahələri ən müasir avadanlıqla təchiz ediləcəkdir. ABŞ və Böyük Britaniyada fəaliyyət göstərən iki şikətin – “Aviayşn lizit qrup” və “Buffalo eyrveis” şirkətlərinin prezidenti, əslən Cənubi Azərbaycandan olan Fərhad Əzima respublikamıza hərəsi 250 yerlik iki ədəd “Duqlas” təyyarəsi verəcəkdir. Fərhad Əzimanın köməyi ilə Londondakı Norveç Bankı “Azal”a xeyli kredit ayıracaqdır. Azərbaycanla çoxdan əməkdaşlıq edən “Britiş Petroleum” şikəti ilə də hərtərəfli danışıqlar aparıldı.

Heydər Əliyevin İngiltərə energetika, kənd təsərrüfatı, balıqçılıq, ərzaq, dənizaşırı ərazilərlə iş üzrə dövlət nazirləri ilə görüşlərinin nəticələri də Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına yaxın vaxtlarda öz müsbət təsirini göstərəcəkdir.

Britaniya sənayeçiləri konfederasiyasında Heydər Əliyevi mehribanlıqla qarşıladılar. İngiltərənin “Britiş Petroleum” və Norveçin “Statoyl” şirkətlərinin təşkil etdiyi bu görüşdə Azərbaycan Prezidenti nitq söylədi. O, ölkəmizdəki ictimai-siyasi durum, demokratik proseslər, müharibənin gedişi barədə geniş bəhs edərək dedi ki, Azərbaycanın qapısı sənayeçilərin üzünə açıqdır. Respublika hökuməti Azərbaycana maraq göstərən hər bir iş adamı ilə sıx əlaqələr qurulmasına tərəfdardır və onların vəsaitinin qorunmasına tam təminat verir. Azərbaycan Prezidenti onu da bildirdi ki, müstəqil respublikamız sərbəst bazar iqtisadiyyatı yolunu seçmiş, dünya demokratiyasının qabaqcıl təcrübəsindən hərtərəfli istifadə edir və bu yoldan heç vaxt dönməyəcəyik.

Fevralın 23-də respublika Prezidenti və onu müşayiət edən şəxslər Böyük Britaniya Beynəlxalq Əlaqələr İnstitutunda oldular. Heydər Əliyev buradakı çıxışında səfərin yekunlarından, iki dövlət arasında əməkdaşlığın perspektivlərindən geniş bəhs etdi. O, görüş iştirakçılarında Ermənistanın Azərbaycana təcavüzü barədə də aydın təəssürat yaratdı. Prezident divardan asılmış Azərbaycan xəritəsinə yaxınlaşaraq müharibənin başlanması səbəbləri, onun gedişi, işğal olunmuş ərazilərimiz haqqında dolğun məlumat verdi. Bir saatdan çox davam edən görüşün iştirakçıları Azərbaycan dövlətinin başçısını diqqətlə dinlədilər. Heydər Əliyev suallara verdiyi cavablarda da “Dağlıq Qarabağ problemi”nin əsl mahiyyətini tamamilə açıqladı.

Vestminster Abbatlığı Londonda ziyarət yerlərindən biridir. Ölkənin kraliçası və digər yüksək vəzifəli şəxslər, ildə bir neçə dəfə bu əzəmətli saraya ziyarətə gəlirlər. Burada Böyük Britaniya əsgərinin rəmzinə çevrilən naməlum əsgər dəfn edilib. Heydər Əliyev fevralın 23-də Vestminster Abbatlığına gəldi, naməlum əsgərin xatirə lövhəsinin qarşısına əklil qoydu. Daha sonra o, binanın salonlarına baxdı. Səfərin sonuncu günü tədbirlər nisbətən az olsa da, Oksford Universitetində görüş xüsusilə yaddaqalan idi. Universitetin rektorluğu Heydər Əliyevin şərəfinə qəbul düzəltdi. Qəbulda Oksfordda çalışan ən məşhur alimlər iştirak edirdilər. Onlarla söhbət zamanı ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi perspektivləri, tələbə mübadiləsi, müxtəlif universitetlərin bir-biri ilə elmi informasiya, fikir mübadiləsi aparması, habelə aspirantların və yüksək ixtisaslı alimlərin ixtisasartırma kursları, birgə seminarlar təşkili məsələləri nəzərdən keçirildi. Heydər Əliyev universitetin alimləri qarşısında geniş nitq söylədi.

Respublika Prezidenti Heydər Əliyev Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşə də xeyli vaxt ayırdı. Bu görüş dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində mühüm tədbirlərdən birinə çevrildi. Azərbaycan Prezidentinin Londonda keçirdiyi mətbuat konfransı, Böyük Britaniyada akkreditasiyadan keçmiş bir qrup xarici jurnalist və ölkə qəzetlərinin baş redaktorları ilə görüşü, Bi-Bi-Si-nin müxbirləri ilə söhbətləri də istər bu ölkənin, istərsə də Qərbin digər ölkələrinin ictimaiyyətində Azərbaycan haqqında aydın təsəvvür yaradılması üçün çox əhəmiyyətli və faydalı oldu.

Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri İngiltərə mətbuatında geniş işıqlandırıldı. İngiltərənin ən məşhur qəzetləri, jurnalları özlərinin hər nömrəsində səfərin gedişinə xüsusi yer ayırırdılar. Ölkə televiziyasının müxtəlif kanallarında Azərbaycan Prezidentinin görüşləri, aparılan danışıqlar və onların nəticələri haqqında operativ süjetlər verilirdi. Heydər Əliyevin Con Meycorla görüşünə, Prezidentimizin təntənəli qarşılanması və sənədlərin imzalanması mərasimlərinə İngiltərə televiziyasında xüsusi yer ayrıldı. Bu süjetlər Avropanın digər ölkələrində də translyasiya edildi.

Britaniyanin yüksək vəzifəli dövlət adamları, mətbuat orqanlarının icmalçıları, ekspertlər Azərbaycan Prezidentinin ölkəyə səfərini yüksək qiymətləndirdilər. Onlar səfərin uğurlu nəticələrindən, bağlanmış sazişlərin əhəmiyyətindən geniş bəhs edərək iki dövlət arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədim qoyduğunu bildirdilər. İcmalçıların bir çoxlarının fikrincə, Heydər Əliyevin bu səfəri zamanı Azərbaycan öz qapılarını Böyük Britaniya üçün yenidən açdı, Böyük Britaniya Azərbaycanı bir daha kəşf etdi.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-London-Bakı 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarını tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır