İDMAN
AZƏRBAYCAN KANOEÇİSİ OLİMPİYA OYUNLARININ İKİ MƏRHƏLƏSİNİ GERİDƏ QOYMUŞDUR
Bakı, 21 avqust (AZƏRTAC). Azərbaycan kanoeçisi Radoslav Kutsev Sinqapurda yeniyetmələr arasında I Olimpiya Oyunlarında avarçəkmə yarışlarının üçüncü raunduna keçmişdir.
Radoslav ilkin mərhələdə birnəfərlik kanoedə 420 metr məsafəni 1 dəqiqə 49 saniyə 89 mikrosaniyəyə qət edərək doqquzuncu yeri tutmuşdur.
İkinci mərhələdə idmançılar cütlüklərə ayrılmışlar. Burada Azərbaycan kanoeçisinin rəqibi moldovalı Aleksandr Tiqanu olmuşdur. Radoslav (1:48:33) finişə Aleksandrdan (1:51.08) tez çataraq, oyunların üçüncü mərhələsinə çıxmışdır.
Radoslavla birlikdə növbəti mərhələyə Kardenas Sakerio (Kuba), Timofey Yemelyanov (Qazaxıstan), Anatoli Melnik (Ukrayna), Joze Çimbumba (İngiltərə), Pedro Kastaned (Meksika) və Andrey Liferi (Rumıniya) vəsiqə qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]