Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEV GƏNCƏDƏ

Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin deputatı İlham Əliyev iki il əvvəl bünövrəsini özü qoyduğu və tikintisi başa çatmış Olimpiya kompleksi ilə tanış olmaq üçün Gəncəyə gəlmişdir. Şəhər rəhbərliyinin və ictimaiyyətinin nümayəndələri onu kompleksin qarşısında hərarətlə salamladılar. 

İlham Əliyev əvvəlcə son illərdə Azərbaycanda idmanın inkişafını və eləcə də kompleksin tikintisini əks etdirən fotostendə baxdı. Sonra o, kompleksdə ayrı-ayrı idman növləri üzrə yarışlar və məşqlər üçün nəzərdə tutulan salonlarla tanış oldu. İki ildən də az bir müddətdə “Azərborukəmərtikinti” tresti tərəfindən ucaldılmış və beynəlxalq standartlara cavab verən bu kompleks, iki geniş salondan, müxtəlif yardımçı otaqlardan ibarətdir. Bu obyektdə tikinti işlərinə daim nəzarət edən İlham Əliyev böyük qurğulardan tutmuş, ən kiçik detallaradək hər şeyin müasir tələblərə cavab verməsinə xüsusi diqqət yetirmişdir.

Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev qədim Gəncə üçün son illərin ən gözəl töhfələrindən biri olan bu komplekslə ətraflı tanışlıqdan sonra bir sıra tövsiyələrini verdi.

Olimpiya kompleksinə baxışdan sonra İlham Əliyev Azərbaycan televiziyasına müsahibə verdi.

MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ,MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN MÜSAHİBƏSİ

MÜXBİR: Təxminən iki il bundan əvvəl bu obyektin bünövrəsini qoyanda yəqin inanırdınız ki, belə gözəl kompleks alınacaqdır.

CAVAB: Mən inanırdım ki, belə gözəl kompleks alınacaqdır. Çünki bunun layihəsinə özüm baxmışdım. Biz bu kompleksin tikintisi üçün tender elan etmişdik. Ən gözəl təklif verən şirkət də bu tenderdə qalib gəldi. Həmin şəxsi də bilavasitə mən özüm təsdiq etmişdim. Ona görə də 2000-ci ildə mən burada olarkən şəxsən özüm bu kompleksin təməl daşını qoydum və bilirdim ki, gələcəkdə Gəncədə gözəl bir idman qurğusu tikilib istifadəyə veriləcəkdir. Gördüyünüz kimi, idman kompleksi bu gün tam şəkildə hazırdır. Burada ən yüksək səviyyədə beynəlxalq idman yarışları keçirmək mümkündür. Eyni zamanda, təlim-məşq toplanışları da keçirmək mümkün olacaqdır. Beləliklə, əminəm ki, Gəncədə yaşayan idmançılar, gənclər, uşaqlar bu kompleksdən səmərəli şəkildə istifadə edəcəklər.

SUAL: Çox qısa vaxtda Azərbaycan idman sahəsində də tanındı. Bu, idmana dövlət qayğısı sayəsində mümkün olmuşdur. Siz idmançılarımızın təşəbbüslərini necə qiymətləndirirsiniz?

CAVAB: Mən idmançılarımızın təşəbbüslərini yüksək qiymətləndirirəm. Bilirsizmi, Azərbaycanda idman hərtərəfli inkişaf edir. Bu inkişafın əsas səbəbi ondan ibarətdir ki, həm idmana rəhbərlik edən şəxslər öz vəzifələrini ləyaqətlə yerinə yetirirlər, eyni zamanda bizim idmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Biz özümüzdən nə asılıdırsa onu edirik ki, idmançıların şəraiti yaxşı olsun, idmanla məşğul olmaq üçün gözəl imkanlar yaransın, idmançılarımız beynəlxalq yarışlarda mütəmadi iştirak etsinlər. Onlar da uğurlu çıxışları ilə bizim hamımızı, bütün xalqımızı sevindirirlər.

Bilirsiniz ki, müxtəlif idman növlərində Azərbaycanda qısa müddət ərzində çox böyük qələbələr qazanılıbdır. Hətta o idman növlərində yüksək qələbələr qazanılıb ki, bir-iki il əvvəl orada hər hansı inkişafdan söhbət gedə bilməzdi. Bu onu göstərir ki, idman Azərbaycanda kütləvi xarakter alır. İdmanla məşğul olanların sayı günbəgün çoxalır və peşəkar idmançıların da səviyyəsi xeyli artıbdır. Ona görə də Milli Olimpiya Komitəsinin Prezidenti kimi mən idmançılara öz təşəkkürümü bildirmək istəyirəm. Onlar gözəl çıxışları ilə bizim hamımızı sevindirirlər.

SUAL: İlham müəllim daha hansı bölgədə Olimpiya idman kompleksi açılacaqdır.

CAVAB: Şəki şəhərində olimpiya idman kompleksi hazırdır. Bəzi xırda məsələlər qalıb, onlar da yəqin ki, 2-3 həftəyə tamamlanacaqdır. Bərdə şəhərində də idman kompleksi demək olar ki, hazırdır. Eyni zamanda, Lənkəranda idman kompleksi tikilir. Gələcəkdə Qubada, Şamaxıda və dəfələrlə bəyan etdiyim kimi, Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün ən müasir, dünya standartlarına cavab verən idman kompleksləri tikiləcəkdir.

Azərbaycanda keçmişdə də idman qurğuları var idi. Amma onlar artıq köhnəlibdir. Bəziləri sıradan çıxıbdır. Biz isə yenidən müasir, gözəl, həm də yaraşıqlı binalar tikirik ki, həmin obyektlər həm şəhərlərimizə yaraşıq versin, eyni zamanda idmanla məşğul olmaq üçün orada hər bir şərait yaradılsın. Suyu, kondisioneri, yaxşı örtüyü olan bu qurğular qışda isti, yayda sərin olsun. Gördüyünüz bu kompleksdə bütün bu məsələlər öz əksini tapıbdır. Ona görə də tam məsuliyyətlə deyə bilərəm ki, bu idman kompleksi ən yüksək dünya standartlarına cavab verən qurğulardan biridir.

MÜXBİR: Azərbaycan Prezidenti Heydər Əliyev bütün idman komplekslərinin açılışında şəxsən özü iştirak edir. Bu, dövlətimizin başçısının idmana qayğısı ilə bağlıdır.

CAVAB: Əlbəttə, dövlətimizin başçısı cənab Prezident idmanla daim maraqlanır, ona çox böyük qayğı, diqqət göstərir. Bilirsiniz ki, Azərbaycan Prezidenti görkəmli idmançıları yüksək dövlət mükafatları ilə - ordenlərlə, medallarla təltif etmişdir. Deyə bilərəm ki, dövlətimizin başçısı idmanda gedən proseslərlə mütəmadi olaraq maraqlanır, nəinki maraqlanır, öz böyük köməyini əsirgəmir. Mən sizə qətiyyətlə deyə bilərəm ki, əgər bu kömək olmasaydı, Azərbaycan idmanında bu səviyyədə inkişaf olmazdı, idman bu cür inkişaf edə bilməzdi. Əlbəttə, cənab Prezidentin komplekslərin açılışında şəxsən iştirak etməsi, açılış zamanı onun çıxışları bizim hamımızı, idmançıları, məşqçiləri, idmana rəhbərlik edən şəxsləri ruhlandırır. Bu, bizim üçün çox böyük dayaq, böyük hörmətdir, fəaliyyətimizə verilən yüksək qiymətdir. Ona görə də mən bütün idman ictimaiyyəti adından cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, o, gərgin iş cədvəli ilə yaşayır, çalışır, amma vaxt tapıb idmana da böyük qayğı göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb