İQTİSADİYYAT
AZƏRBAYCAN NEFTLƏ ZƏNGİN ÖLKƏDİR
“Frans aktualite” agentliyi “Azərbaycan neftlə zəngin ölkədir” sərlövhəli məqalə yaymışdır. Məqalənin əvvəlində ölkəmizin Xəzər dənizi regionundakı zəngin neft yataqları hesabına tezliklə Küveytə bənzəyəcəyinə və öz iqtisadiyyatını ildən-ilə yüksəldəcəyinə inam ifadə olunmuşdur.
Məqalədə neftlə zəngin olan Azərbaycanın keçmiş Sovetlər birliyi respublikaları arasılnda 10 il ərzində investorların sərmayələrindən daha çox bəhrələndiyi” nəzərə çarpdırılmışdır. Bildirilmişdir ki, Azərbaycanda İnvestorlar 2001-ci ilin sonuna qədər neft və qaz sahələrindən 788 milyon qazanc əldə edəcək və neftin xaricə satışından dövlət büdcəsinə 220 milyon vəsait daxil olacaqdır.
Məqalədə deyilir: Beynəlxalq valyuta fondunun məlumatlarında qeyd olunan rəqəmlər göstərir ki, Azərbaycan tezliklə iqtisadi cəhətdən inkişaf etmiş qüdrətli ölkələrdən birinə çevriləcəkdir.
Daha sonra bildirilir ki, Azərbaycan prezidenti Heydər Əliyev neftdən gələn gəliri bir yerə toplamaq və uzun müddətli infrastruktur layihələri həyata keçirmək üçün xüsusi fond yaratması, ölkədə milli manatın sabitliyi qorunmuş inflyasiyanın qarşısı alınmışdır.
Yazının sonunda deyilir ki, Yeni neft yataqlarının kəşfi Azərbaycana sərmayə qoymuş xarici şirkətlər də bu ölkənin gələcəyinə böyük inam yaratmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris