MƏDƏNİYYƏT
AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ ALMANİYADA KEÇİRİLƏCƏK TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏCƏKLƏR
Beynəlxalq Memarlar Birliyi və Almaniya Memarlar İttifaqının birgə təşəbbüsü ilə bu il iyulun 22-26-da Berlində XX1 Beynəlxalq memarlıq konqresi keçiriləcəkdir. Respublikamızın Almaniyadakı səfirliyi Konqresin təşkilatçıları ilə əlaqə yaradaraq, Azərbaycan memarlarının beynəlxalq forumda iştirak etmələri üçün razılıq almışdır.
X X X
İyulun 14-15-də Niderlandın Qroninqen şəhərində 34-cü Beynəlxalq kimya olimpiyadası keçiriləcəkdir. Olimpiadada azərbaycanlı şagird və tələbələr də iştirak edəcəklər.
X X X
Martin 13-15-də Berlində MDB ölkələrinin iqtisadi imkanları və beynəlxalq əməkdaşlıq istiqamətləri məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcəkdir. Konfransda bu ölkələrə sərmayə qoyulması və sərmayələrin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaqdır. Bu konfransa Cənubi Qafqaz dövlətlərindən yalnız Azərbaycan dəvət almışdur.
X X X
Tanınmış azərbaycanlı pianoçu-müğənni Əzizə Mustafazadə martın 5-də Berlində konsert proqramı ilə çıxış edəcəkdir.
Berlin Flarmoniyasının konsert salonunda keçiriləcək konsertdə Əzizə Mustafazadə özünün yeni “Şaman” əsərini ilk dəfə dinləyicilərə təqdim edəcəkdir.
Bu məlumatları Azərbaycanın Almaniyadakı səfirliyindən vermişlər.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin şəhəri