Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ƏFV FƏRMANI RESPUBLİKA İCTİMAİYYƏTİ TƏRƏFİNDƏN BÖYÜK RƏĞBƏTLƏ QARŞILANMIŞDIR

 “Ömürlük azadlıqdan məhrum etmə və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən bir sıra şəxslərin əfv olunması” haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 avqust tarixli Fərmanının icrası ilə bağlı Azərbaycan Televiziyası xüsusi buraxılış hazırlamışdır. Avqustun 19-da efirə getmiş həmin verilişin mətnini oxuculara təqdim edirik.

AYDIN QASIMOV /Ədliyyə Nazirinin müavini, məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi/: Hörmətli Prezidentimiz Azərbaycanda cəza çəkən məhkumların bir qrupunun əfv olunması haqqında Fərman imzalayıbdır. Həmin Fərmana uyğun olaraq, 95 nəfərdən 23-nün cəzası yarıya endirilibdir, digər məhkumlar isə çəkilməmiş cəzalardan azad ediliblər.

Fərman imzalanan kimi bu mühüm sənəd dərhal çoxaldılmış,müvafiq idarələrin əməkdaşlarının hamısı baş idarəyə dəvət olunmuş, fərmanın icrası ilə məşğul olan cəza çəkmə müəssisələrinin işçiləri qarşısında konkret vəzifələr qoyulmuşdur. Bu gün səhər tezdən Ədliyyə Nazirliyinin cəza çəkmə müəssisələrində Fərmanın icrasına başlanılmışdır. Günün sonuna qədər onun icrası başa çatdırılacaq, həmin şəxslərin hamısı Azərbaycanın cəza çəkmə müəssisələrindən azad olunacaqlar.

Fərmanın icrası ilə bağlı 5 nəfər xarici ölkə vətəndaşının - Afrika ölkələrinin, Ukraynanın, Rusiya Federasiyasının vətəndaşları  - məsələləri həmin ölkələrin respublikamızdakı səfirlikləri vasitəsilə həll ediləcəkdir.

         Bu əfv fərmanı əvvəlki əfv fərmanlarından müəyyən qədər fərqlənir. Əsas fərqli cəhət ondan ibarətdir ki, əfv edilənlərdən 70 nəfəri qeyri-hökumət və beynəlxalq təşkilatları maraqlandıran şəxslərdir. Bu şəxslər o adamlardır ki, onların ətrafında müəyyən söz-söhbətlər gedirdi, müəyyən fikirlər söylənilirdi. Cəzadan azad olunanlardan 16 nəfəri keçmiş XTPD-nin üzvü olmuş şəxslərdir. 16 nəfərdən 8-nin cəzası yarıya endirilibdir. 8 nəfər isə cəzasının çəkilməmiş hissəsindən azad olunubdur.

        Vaxtilə Gəncədə xidmət etmiş omonçulardan 5 nəfəri cəzasının qalan hissəsindən azad olunub, 3 nəfərin cəzası yarıya endirilibdir. 23 nəfər 1995-ci ilin mart ayında Bakıda baş vermiş hadisələrlə bağlı məhkum olunmuş şəxslərdir. Onlardan 8 nəfərinin cəzası yarıya endirilibdir, qalan 15 nəfər cəzadan azad olunubdur.

         1995-ci ilin mart hadisələri ilə bağlı Qazax və Ağstafadatutulan 17 nəfər əfv olunubdur. Onlardan 9 nəfərinin cəzası yarıya endirilibdir. Qalanları isə cəzadan tamamilə azad olunublar.

        1995-ci ilin aprel-avqust aylarında Bakıda baş vermiş hadisələr zamanı ölkəmizin Prezidentinin həyatına qəsd etməyə cəhd göstərənlərin, yəni terror aktı - “generalların işi”  adlananiş üzrəhəbs olunmuş iki nəfər cəzasının qalan hissəsindən azad olunubdur. Onlardan biri sabiq general Rafiq Ağayev, digəri isə Ukrayna Respublikasının vətəndaşı Anatoli Sısoyevdir. 

        Naxçıvanda “Şahmərdanın dəstəsi”nin - bu iş bizdə belə adlanır, - dövlət əleyhinə çıxışları iləəlaqədar məhkum olunmuş  İsrail Əkbərov cəzasının qalan hissəsindən azad olunmuşdur.

Eyni zamanda, vaxtilə Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini işləmiş Siyavuş Mustafayev əfv  ilə bağlı ölkəmizin Prezidentinə müraciət etmişdir. Hörmətli Prezidentimiz Heydər Əliyev Siyavuş Mustafayevin əfv olunması haqqında müraciətini nəzərə alaraq, onu cəzasının qalan hissəsini çəkməkdən azad edibdir.

1995-ci ilin  iyul-oktyabr hadisələri ilə bağlı, yəni

 Əlikram Hümbətovun və qeyrilərinin təcridxanadan qaçırılması iləəlaqədar məhkum olunmuş şəxslər – Nəriman İmranova və Elxan Abbasova əfv fərmanı Şamil edilibdir. Bildiyiniz kimi, Nəriman İmranov ilk dəfə həbs olunarkən ölüm hökmünə məhkum olunmuşdu. Azərbaycanda ölüm hökmü ömürlük həbs cəzası iləəvəz edildiyinə görə Nəriman İmranov Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkirdi. Hörmətli Prezidentimizin bu fərmanı ilə Nəriman İmranovun ömürlük azadlıqdan məhrum edilmə cəzası 15 il azadlıqdan məhrum etmə cəzası iləəvəz olunmuşdur. Elxan Abbasov isə 11 nömrəli cəza çəkmə müəssisəsində cəza çəkirdi.  Onun 5 illik cəza müddəti hələ qalırdı. Hörmətli Prezidentimiz Elxan Abbasovu da qalan cəzadan azad etdi.

Beləliklə də gördüyünüz kimi, bu əfv fərmanında 95 nəfərdən 70

 şəxs məhz qeyri-hökumət və beynəlxalq təşkilatları maraqlandıran şəxslərdir ki, bunlara əfv fərmanı şamil edilibdir. Hörmətli Prezidentimiz onların hər birinə cəmiyyətə, əhali arasına qayıtmağa, cəmiyyətdə öz yerini tutmaq üçün bir daha şans, yenidən imkan veribdir. Hesab edirəm, bu insanların hamısı hörmətli Prezidentimizin onlara göstərdiyi etimaddan özləri üçün obyektiv nəticə çıxaracaq və gələcəkdə öz həyatlarını elə quracaqlar ki, onların yolu bir daha cəza çəkmə müəssisələrinə düşməyəcəkdir.

Fərmanın icrası bu gün başa çatır. Hesab edirəm ki, buəfv fərmanı  həm Azərbaycan ictimaiyyəti üçün, həm də cəza çəkmə yerlərindəki məhkumlar üçün olduqca vacib idi.

Azərbaycanın cəzaçəkmə yerlərində cəza çəkən insanlar, islah yoluna qədəm qoyublarsa, cinayət əməllərindən peşmançılıq keçirib həmin əməlləri səmimi etiraf edirlərsə, o əməlləri səhlənkarlığın, nöqsanın, bilməməzliyin, hansısa yaramaz insanların təsiri altına düşməyin nəticəsi kimi qiymətləndirirlərsə, təbiidir ki,  bu adamlara ölkə rəhbərliyi tərəfindən rəhm göstərilir.Onlara imkan yaradılır ki, cəmiyyətə qayıtsınlar, islah yoluna qədəm qoysunlar, cəmiyyətin yararlı üzvlərinə çevrilsinlər.

        Biz bu Fərmanı yüksək qiymətləndiririk. Arzu  edirik ki, beləəfv Fərmanları çox olsun vəbiz bu Fərmanların icrasınıböyük məsuliyyətlə, yüksək səviyyədə  təmin edək.

                                      X                 X                X

        APARICI:  Ölkəmizin Prezidentinin məlum Fərmanına əsasən əfv olunan Səyavuş Firudin oğlu Mustafayev Qobustan həbsxanasından azadlığa buraxılıbdır. Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi, general-mayor Aydın Qasımov Azərbaycan Prezidentinin Fərmanı ilə məhkumu tanış edərək, azadlığa buraxılmağı barədə arayışı ona təqdim edibdir.

        SƏYAVUŞ MUSTAFAYEV: Bu gün mənim həyatımda, demək olar ki, ikinci bir doğum günümdür. Bu gün mən 8 ildən sonra azadlığa çıxacağam. O cümlədən bu gün əfv olunan 95 nəfər məhkumun hamısının şad günüdür. Bu gün onların yenidən həyata qaytarılması günüdür. Hörmətli Prezidentimiz böyük humanizm göstərərək bizim cəzamızın qalan hissəsini əfv edibdir. Qeyd etmək istəyirəm ki, cəzamı çəkdiyim müddətdə də, cəzadan sonrakı həyatımda da bir əmələ xidmət etmişəm və edəcəyəm. Vətənimə, torpağıma xəyanət etmiş adamı mən heç vaxt bağışlaya bilmərəm və bağışlamayacağam.

Özüm üçün təhqir hesab edirəm ki, bu gün mənimlə yanaşı, elə bu həbsxanada cəza çəkən rəhimlər, isgəndərlər, əlikramlar kimlərinsə sayəsində “siyasi məhbus” adını özlərinə götürmək istəyirlər. Hətta, bəyan edirəm ki, mən onlarla birlikdə siyasi məhbus olmaq belə istəmirəm. Mən adımın siyasi məhbus kimi onlarla birlikdə çəkilməsindən imtina edirəm. Onlar Azərbaycanın dövlətçiliyinə birbaşa xəyanət etmiş adamlardır, Azərbaycan dövlətini parçalayan, dövlətçiliyimizə qarşı çıxan, qiyam edən, Azərbaycanı başqa ölkələrə satmaq istəyən adamlardır. Onların bəzi himayədarları bu gün Avropa Şurasında və başqa beynəlxalq təşkilatlarda canfəşanlıq edirlər. Bir vaxt, səhv etmirəmsə may ayında buraya gəlmişdilər, özlərinin “siyasi məhbus” hesab etdikləri adamları burada qəbul edirdilər. Mən orada ancaq Rəhim Qazıyevi, Əlikram Hümbətovu gördüm. Mən həmin vaxt müalicə olunurdum. Mənimlə qonşu palatada Surət Hüseynov yatırdı. Avropa Şurasından gəlmiş qrupun üzvləri Surət Hüseynovla görüşdülər. Mən pəncərədən onlara ingilis dilində müraciət etdim. Dedim ki, əgər siz Avropa Şurasından gəlmisinizsə, mən sizinlə görüşmək istəyirəm. Siz nə üçün öz dövlətini satan, torpaqlarını başqasına verən, dövlətçiliyinə qarşı çıxan, qiyam edən Surət Hüseynovla, Rəhim Qazıyevlə, Əlikram Hümbətovla görüşürsünüz, mənimlə görüşmək istəmirsiniz. Onlara dedim, mən sizə sübut edərəm ki, Rəhim Qazıyev də, Surət Hüseynov da, Əlikram Hümbətov da cinayətkardırlar. Onlar Azərbaycan dövlətçiliyinəən böyük xələl gətirmiş cinayətkarlardır. Onlara “siyasi məhbus” adı verməklə nə qazanmaq istəyirsiniz? Bunlara nə üçün “siyasi məhbus” donu geydirirsiniz? Onda Bütün dünyanın bir nömrəli terrorçu adlandırdığı Benladen də “siyasi məhbus”dur? O gün ABŞ-da törətdiyi terror əməlinə görə bir nəfərə ölüm cəzası verdilər. Elədirsə, onda o da “siyasi məhbus”dur? Necə olur ki, onlara cinayətkar deyirsiniz, bizim torpaqlarımıza xəyanət edənləri isə  “siyasi məhbus” adlandırırsınız. Mən bunları qəbul etmirəm.

Mən əfv olunmağım barədə Prezidentimizə müraciət etdim, məni bağışlamağı ondan Xahiş etdim.

        MÜXBİR:   Siz beynəlxalq təşkilatlara müraciət etmədiniz?

        SƏYAVUŞ  MUSTAFAYEV:  Mən Rəhim Qazıyevi, Surət Hüseynovu, Əlikram Hümbətovu siyasi məhbus hesab edən təşkilata müraciət etmək, onlarla birlikdə siyasi məhbus olmaq istəmirəm. Mən onlarla birlikdə heç azadlığa da çıxmaq istəmirəm. Mən öz Prezidentimizə müraciət etdim. Xahiş etdim ki, məni əfv etsin.

        Bu gün Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ücün danışıqlar gedir. Prezident dədeyibdir ki, əgər münaqişənin həlli sülh yolu ilə mümkün olmasa, bu problem döyüş vasitəsilə həll ediləcəkdir. Mən əsgərəm və Prezidentimizin, Ali Baş Komandanın müharibə etmək fikri olacaqsa, onun bütün əmrlərini yerinə yetirməyə, hətta özümü tankın altına atmağa hazıram. Mən torpağımı, millətimi sevirəm. Mən bu torpağın oğluyam. Doğma torpağımızda mənim həbsxanada və yaxud azadlıqda olmağımın fərqi yoxdur. Ali Baş Komandanımızın hər hansı bir əmrini yerinə yetirməyə hazıram vədöyüş bölgəsindədüşmənə qarşı vuruşda tapşırıqlara canla-başla əməl etməyə, ölümə getməyə hazıram.

        Mənə etimad göstərdiyinə, məni əfv etdiyinə görə Hörmətli Prezidentimizəbir daha minnətdarlığımı bildirmək istəyirəm. Çox şağ olsun ki, mənim atamı, anamı, dayımı, gözəl tanıyır. Onların göz yaşlarını qurutmaq üçün məni əfv edibdir. Ona görə mən dövlətimizin başçısına minnətdarlıq edirəm.

        APARICI: Sonra general-mayor Aydın Qasımov cəzasını Qobustan həbsxanasında çəkən keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovu Azərbaycan prezidentinin fərmanı ilə tanış etdi, onun ömürlük həbs cəzasının 15 illik həbs cəzası iləəvəz olunduğunu nəzərə çarpdırdı.

        MÜXBİR: Siz artıq ikinci dəfədir ki, Prezidentimizin əfv Fərmanına düşübsünüz. Ilk dəfə sizin ölüm cəzanız ömürlük həbs cəzası iləəvəz olundu. Indi isə ömürlük həbs cəzası 15 ilə dəyişdirildi. Hansı hisslər keçirirsiniz,

        Nəriman imranov: Hörmətli həmvətənlərim,bu anda belə bir hissi təsvir etmək çox çətindir. keçirmək çox mürəkkəbdir. Belə ki, bu hissləri, onun məsuliyyətini, onun böyüklüyünü, qüdrətini yalnız cəza çəkən adamlar hiss edə bilər.

        Ömürlük həbs cəzasına məhkum olmuş adamın cəzasının yüngülləşdirilməsi onun həyata, gələcəyə, azadlığa inamını qat-qat artırır. Əlbəttə, bu yolda taleyin hökmü var, burada qismət var.  Bəzən belə bir fikir yaranır ki, əgər məhbus yeddi il cəza alırsa, təzyiqə məruz qalırsa onda müəyyən bir dəyişiklik ola bilər. Bu hisslər məndən çox uzaqdır. Mənim əziz Prezidentimə, cənab Heydər Əliyevə olan məhəbbətimi, sevgimi, sədaqətimi, onun böyüklüyünə, dahiliyinə olan inamımı bir yeddi il yox, yeddi dəfə yeddi ildə dəyişdirə bilməz. Bu tale və qismətlə bağlı hadisədir.

1994- 1995-ci illərdə baş verən hadisələr, proseslərədüzgün qiyməti  yalnız dahilər, yalnız böyük adamlar, yəni Azərbaycan xalqının qədrini bilən, torpağını sevən, ölkəmizin təhlükəsizliyinə görə məsuliyyət daşıyan, xalqımızı sevən bir şəxs edə bilərdi. 1994-1995-ci illərdə Azərbaycan Prezidentinin atdığı bütün addımlar bu torpağa, xalqa, Vətənə məhəbbətdən, milyonlarla insana olan sevgisindən ibarət idi. Ola bilər ki, kiminsə cəzası ağır, kiminsə cəzası yüngül oldu, kimsə cəzadan tamamilə yayındı. Ancaq bir şeyi unutmayın ki, Azərbaycan Prezidentinin bu hərəkətləri şəxsi maraqlardan, şəxsi hisslərdən deyil, onun böyüklüyündən, dahiliyindən, qüdrətindən və xalq qarşısında olan məsuliyyətindən doğmuşdur. Ona görə də bu cəza alma öz yerindədir.Hər bir vətəndaş cəza alsa da, almasa da onu real qiymətləndirməyi bacarmalıdır. Əlbəttə, boş yerə heç kim cəza almır. Cəza səhvlərə, günahlara, məsuliyyətsizliyə görə verilir. Məndə olan bu ruh, bu ilham, gələcəyə inam, sevgi xalqıma, olan məhəbbətimdən irəli gəlir. Azərbaycan Prezidentinə müraciətimin özəyi, onun mənbəyi Heydər Əliyevə olan məhəbbətdir, Onun başqa mənbəyi yoxdur.

Kimsə fikirləşməsin ki, bu tutuldu, hansısa qruplaşma var. Kimlər var. Onlar bizim üçün deyil.

Bu gün xalqın taleyini çiyninə götürən, o yükün altına girən, o yükü daşıyıb apara biləcək ikinci bir çiyin, başqa bir qüvvə, ayrı bir şəxs yoxdur. Cəza müddətinin uzunluğundan, qısalığından, onun ağırlığından asılı olmayaraq mənim bu inamıma, bu sevgimə heç bir şey xələl gətirə bilməz.

Ona görə də bu fürsətdən istifadə edərək mən bir daha Prezidentimizə müraciət edirəm: Nəriman, həmin Nərimandır. Ötən yeddi ildə keçən günlər onu bir qədər də müdrikləşdirib, məsuliyyətini artırıb, həyata daha diqqətli, daha məsuliyyətli olmağa məcbur edibdir. Əgər Azərbaycan Prezidenti bu gün əlini mənim çiynimə qoyub-keçmiş nazir kimi yox, keçmiş general kimi yox, keçmiş əməkdaş kimi yox, - Azərbaycan vətəndaşı kimi, döyüşə hazır olan əsgər kimi, məni döyüş cəbhəsinə göndərsə, mən bunu özümə ikinci bir şərəf sayaram. Elə bilin ki, bu fərmanın üzərinə yeni bir fərman, bu əfvin üzərinə yeni bir əfv, mənə olan inamın üzərinə yeni bir inam gəlir.

Azərbaycan Prezidenti xalqımızın, dövlətimizin, onun təhlükəsizliyinin qarantıdır. Azərbaycan Prezidenti son illərdə yüzlərlə, minlərlə, on minlərlə vətəndaşı ailəsinə, ocağına, külfətinə, nəvələrinə, balalarına qaytarıb. Bu, Azərbaycan Prezidentinin həmin adamlara - düzdür, onlar dustaq libasındadırlar - əl uzatdığını göstərir.

Azərbaycan Prezidenti konstitusiyaya , qurana sədaqətini bizə onunla nümayiş etdirir ki, cəza almısan, ancaq sənəəl uzadıram, səni yenidən həyata qaytarıram. Əfv fərmanı kağıza imza atmaq deyil.Əfv fərmanı Prezidentimizin hər bir vətəndaşa, hər bir insana, hətta bu gün cəmiyyət üçün o qədər də uyğun olmayan adama əl uzatmasıdır. Bu dövlətimizin başçısının vəzifəsinə olan sadiqliyini nümayiş etdirir. Mən bu əfv fərmanına elə-beləəfv kimi baxmıram.

Mənim taleyim hər cür qurtara bilərdi,başqa cür də ola bilərdi. Ancaq söhbət mənim taleyimdən getmir. Söhbət xalqın taleyindən, dövlətimizin təhlükəsizliyindən, hər bir vətəndaşın təhlükəsizliyindən gedir.

Azərbaycan Prezidenti bu gün belə bir gərgin şəraitdə, belə bir tarixi mərhələdə, - ətrafımızda baş verən prosesləri siz yaxşı bilirsiniz, - belə bir məqamda əl uzadıb vaxtilə ordudan qaçmış əsgəri düz yola dəvət edirsə, onu dinə-imana çağırırsa, onda məsuliyyət hissini, vətənpərvərliyi artırırsa, bundan böyük nə ola bilər.

Bu əfv fərmanını, - düzdür, mən azad olmuram, cəzam yüngülləşir, -  Prezidentin mənəəl uzatmağı kimi qəbul edirəm.

Müxbir: Fərmana uygun olaraq cəzanız yüngülləşdirilir.

Nəriman İmranov: Bəli, cəzam yüngülləşdirilibdir. Prezident mənəəl uzadıbdır.

Əvvəla, təkcə öz adımdan yox, ailəm adından, çoxsaylı nəvələrim adından, - beş nəvəm var,- Azərbaycan Prezidentinə öz minnətdarlığımı bildirirəm. Allah-Təala onu bu  torpafın, bu xalqın üzərindən əskik etməsin, Tanrı ona yar olsun, Allah onun böyük köməkçisi olsun.

Bu gün mən başqa bir mərhələyə keçirəm. Bu mərhələdə mən Prezidentimizə bir daha müraciət edirəm: Əzizimiz cənab Prezident! Nəriman bu Vətənin əsgəri, bu torpağın vətəndaşıdır. Nə vaxt, hansı şəraitdə məsləhət görsəniz, məqbul saysanız, bir vətəndaş və bir əsgər kimi Azərbaycanın, Vətənin ən çətin yerlərində, onun maraqları toqquşan ən ağır yerdə mən qulluq etməyə, mənə olan bu inamı, bu mərhəməti, bu münasibəti doğrultmağa hazıram.

Çox sağ olun cənab Prezident!

Aparıcı: Azərbaycan Prezidentinin əvf haqqında fərmanı ədliyyə nazirliyinin məhkəmə qərarlarının icrası baş idarəsinin istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində həyata keçirilir. Baş idarənin 1 nömrəli istintaq təcridxanasında keçirilən tədbiri baş idarə rəisinin müavini  polkovnik Natiq Talıbov açaraq cəzadan azad edilmiş 7 nəfərin 2001-ci il yanvar-fevral aylarında Bakı şəhərində ictimai qaydaları kobud şəkildə pozan hərəkətlərdə iştirak edən şəxslər olduğunu söylədi. O, dedi ki,bu şəxslər Azərbaycan Prezidentinə ünvanladıqları müraciətdəQarabağ əlilləri cəmiyyətinin sabiq sədri Etimad Əsədov və onun arxasında duran siyasi qüvvələr tərəfindən aldandıqlarını  bildirmiş və Etimad Əsədov kimi siyasi oyunbazların cəzalandırılmasını tələb etmişlər.

            Digər çıxış edənlər dedilər ki, əlillər dövlət başçısına el atası kimi müraciət etmiş, törətdikləri cinayətlərdən səmimi peşmançılıq çəkdiklərini, qanunların tələblərinəəməl edəcəklərini, Azərbaycan naminə canlarından keçməyə hazır olduqlarını bildirməklə onlara mərhəmət ğöstərilməsini,əfv olunmalarını xahiş ediblər. Həmin 7 nəfər Azərbaycan prezidentinin  fərmanı ilə azadlığa buraxılıbdır.

        Aparıcı: Gözünüz aydın olsun, oğlunuz azadlığa buraxılıb.

        Ana: Çox sağ olun. Hörmətli Prezidentimizə bütün valideynlər adından öz minnətdarlığımı bildirirəm. Arzum budur ki, hec kim bura düşməsin. Bu ğün mənim oğlum öz səhfini başa düşüb və hörmətli Prezidentimiz onu bağışlayıb. Mən hörmətli Prezidentimizə bir daha minnətdarlığımı bildirirəm.

        Valideyn:Bütün ailəmiz adından respublikamızın Prezidentinə minnətdarlığımı çatdırıram. Bir ana kimi mənim müraciətimi nəzərə alaraq oğlumu əfv etdiyinə, bağışladığına ğörə möhtərəm Prezidentimizə ömrümüz boyu duaçıyıq.

        Əfv olunan: Mən möhtərəm Prezidentimizə öz minnətdarlığımı bildirirəm. Bundan sonra Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə bir azərbayçan vətəndaşı kimi hazıram. Torpaqlarımızın azad olunması yolunda canımdan da keçməyə hazıram. Səhfimi başa düşmüşəm.

Valideyn : oğluma 6 il həbs cəzası verilmişdi. Lakin möhtərəm prezidentimiz  Heydər Əliyevin daha bir humanist addımının nəticəsində oğlum əfv olunmuşdur. Prezidentimiz  öz ağsaqqallığını, böyüklüyünü bir daha ğöstərdi, xalq qarşısında bəyan etdi. Yəqin ki, bizim bu gün əfv olunan ğənclərimiz əvvəlki səhvlərini təkrar etməyəcəklər.

Müəyyən qüvvələr var ki, istəyirlər qarışıqlıq salsınlar. Mənə belə ğəlir ki, bu ğənclər onların arxalarınca daha ğetməyəcəklər. Mən bir daha öz adımdan, bütün valıdeynlər adından Prezidentimizə minnətdarlığımı bildirirəm.

Aparıcı: Məhkəmə qərarlarının icrası baş idarəsinin 7 nömrəli cəzaçəkmə müəssisəsindən də14 nəfər azadlığa buraxılıb. Bununla əlaqədar keçirilən tədbirdə qeyd olundu ki, Azərbaycan Prezidenti indiyədək  24 əfv fərmanı imzlalayıb. Prezidentimizin təşəbbüsü ilə minlərlə məhbusun azadlığıa buraxılması üçün 6 aministiya aktı qəbul olunub. Bütün bunlar Azərbaycan prezidentinin respublika vətəndaşlarına göstərdiyi diqqət və qayğıdan xəbər verir.

            Əfv olunanlara vəsiqələr təqdim olundu. Bundan sonra onlara vətən naminə çalışmaq tövsiyyə edildi.

Əfv fərmanı ilə bağlı azadlığa buraxılanlar adından çıxış edənlər  ölkəmizin başçısına minnətdarlıq edərək törətdikləri cinayət əməllərindən peşmançılıq çəkdiklərini, islah olunduqlarını bildirərək, azadlığa buraxıldıqdan sonra dövlətimizin qanunları çərçivəsində hərəkət edəcəklərini vəd etdilər.

Fərzəliyev Zaur: 4 il 2 ay cəza cəkdikdən sonra  əfv olunmuşam. Allah Prezidentimizin canını sağ eləsin. Arzu edirəm ki, bütün məhbuslar öz səhvlərini başa düşərək mənim kimi öz ailələrinə qayıtsınlar. 

Aparıcı: Siz bu gün hansı hisslər keçirirsiniz?

        Adil hacıyev /əfv olunan/: Bu gün hansı hissləri keçirdiyimi demək mənim üçün çox çətindir. Ola bilsin ki, mən az hisslər keçirirəm. Mənim ailəmin, qohum-əqrəbamın, sevincini paylaşıram. Mən ikinci dəfədir əfv olunuram. 19 may 2000-ci ildə qalan vaxtımın 50 faizi çıxılmışdı. İndiki əfv fərmanı ilə isə azadlığa buraxılıram. Hər iki əfvvə görə möhtərəm Prezidentimizə minnətdarlığımı bildirirəm.

        Aparıcı: Bu gün xeyli gənc azadlığa buraxılır, onlara nə arzu edərdiniz?

        Adil Hacıyev: Həyatda səhv etməyən adam olmur. Mənə belə gəlir ki, onlar bir daha səhv etməzlər. Arzu edirəm ki, bu hadisədən nəticə çıxarsınlar. Vətənimizə layiqli oğul olsunlar. Müstəqilliyimizin möhkəmləndirilməsində fəal iştirak etsinlər.

        Natiq Talıbov /baş idarənin rəis müavini/: Möhtərəm Prezidentimiz Heydər Əliyev əfv fərmanı imzalayıb. Arzumuz budur ki, siz tezliklə cəmiyyətə qayıdasınız, ailənizə qovuşasınız. Bu təcridxanadan buraxılanları təbrik edirik. İnanırıq ki, onlar cəmiyyətdə özlərinə layiqli yer tutacaqlar. Vaxtaşırı əfv fərmanı imzaladığına görə hörmətli Prezidentimizə minnətdarlığımızı bildiririk. Bu Prezidentimiz tərəfindən imzalanan 24-cü əfv fərmanıdır. Bu əfv fərmanları ilə 2 min 500 nəfərdən çox artıq məhbus azadlığa buraxılmışdır.

        Aparıcı: Azərbaycan Prezidentininəfv fərmanı iləədliyyə nazirliyi məhkəmə qərarlarınin icrası baş idarəsinin 11 nömrəli cəzaçəkmə müəssisəsindən 2 məhkum, 2 nömrəli ümumi rejimli cəzaçəkmə müəssisəsindən 6, 9 nömrəli  cəzaçəkmə müəssisəsindən isə 5 nəfər azadlığa buraxılıb. Ədliyyə nazirliyi məhkəmə qərarlarının icrası baş idarəsinin rəis müavini,ədliyyə polis polkovniki Əbülfəz Babayev azadetmə mərasimlərində çıxış edərək bildiribdir ki, Azərbaycan Prezidentinin imzaladığı 24 əfv fərmanı və 6 amnistiya aktı dövlətimizin başçısının respublika vətəndaşlarına olan diqqət və qayğısının nəticəsidir.

EldarAbdullayev:  Törətdiyim cinayətə görə özümü günahkar bilirəm. Ailəm adından və öz adımdan hörmətli prezidentimizə minnətdarlığımı bildirirəm.

Elxan Abbasov : Etdiyim cinayətə görə 11-ci islah əmək müəssisəsində cəzamı çəkirdim. Möhtərəm Prezidentimizinəfv fərmanı iləmən də azadlığa buraxılıram. Bu hadisə yaxınlarımı, gözü yolda qalanlarımın hamısını sevindirib. Buna görə də ömrüm boyu Prezidentimizə borcluyam.

Rəna Nəcəfzadə Səadətdinova (Demokratiyanın inkişafı və insan haqları müdafiə fondu sədrinin müavini): Bu gün bizim də sevincimiz hədsizdir. Çünki 11 nömrəli islah əmək müəssisəsindən Abbasov Elxan Azərbaycan Prezidentinin əfv fərmanı ilə azad edilir. Onuvə ailəsini sevindirdiyinə görə dövlətimizin başçısı Heydər Əliyevə dərin minnətdarlığımızı bildiririk. Arzumuz budur ki əfv fərmanları davam etsin.

QəzənfərKərimov (valideyn):Dövlətimizin başçısının fərmanı ilə oğlum Kərimov Nazim əfv olunub. Bu humanist əfv fərmanına görəmöhtərəm PrezidentimizəNazimin bacı vəqardaşlarının, anasının adından dərin minnətdarlığımı bildirirəm. Biz ölkəmizin rəhbərinin bu humanist qayğısını unutmayacağıq.

Rafiq Ağayev:1995-ci ildə hadisələr baş verəndə belə nəticələrin olacağını təsəvvürümə gətirə bilməzdim. Cəza çəkdiyim 6 il müddətində həmin hadisələri bir daha götür-qoy etdim, gözümün önünə gətirdim. Bu gün açıq deyə bilərəm ki, mən böyük səhvlərə yol vermişəm.  Ancaq bütün bunlara baxmayaraq, bizim Ali Baş Komandan humanistlik göstərərək mənə və mənim kimi məhbuslara inanıb, bizi azadlığa buraxır. Bəlkə də mən Prezidentimizlə ğörüşə bilmədim, televiziyanın imkanlarından istifadə edərək dövlətimizin başcısına çatdırmaq istəyirəm ki, mən Azərbaycan xalqının oğluyam və sizi əmin edirəm ki, yenə də vətənimə xidmət etməyə haziram.

Mən o vaxt  tanıdığım və işlədiyim insanlarla oturub durdum. Mən indi aydın hiss edirəmki, həmin insanlar düz yolda olmayıblar. Mən bunu səmimiyyətlə, bir general kimi deyirəm. Bundan sonra mən vətənimə can-başla qulluq edəcəyəm. Buraxdığım səhvləri bir daha təkrar etməyəcəyəm. Həmin insanların ucbatından mən 6 ildən artıqdır ki, ailəmi görmürəm. Mən elə bilmişəm ki, o insanlar öz xalqına qulluq edirlər. Mən də onların ucbatından düz yoldan çıxmişam. Indi artıq mən səhvlərimi başa dvşmüşəm. Yenidən vətənə xidmət etməyə hazıram.

Bir məsələni yada salmaq istəyirəm ki, 1992-1993-cü illərdə  Azərbaycanda nə qədər xoşağəlməz hadisələr baş verirdi. Kim necə istəyirdi o cür hərəkət edirdi. Torpaq uğrunda vuruşmaq yaddan cıxmışdı. Hamı kürsü davası aparırdı. İnsanlar küçələrə çıxa bilmirdilər. Ölkə başlı-başına buraxılmışdı. Cənab Heydər Əliyev, Ali Baş komandan ikinci dəfə hakimiyyətə gələndən sonra ölkəmizdəmöhkəm sabitlik yaradıldı. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin