Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ

Dekabrın 19-da səhər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev onu müşayiət edən şəxslərlə birlikdə Fransaya rəsmi səfərə yola düşmüşdür. Nümayəndə heyətinə xarici işlər, iqtisadiyyat nazirləri, Xarici İqtisadi Əlaqələr Nazirliyinin, Dövlət Neft Şirkətinin rəhbərləri və digər rəsmi şəxslər daxildirlər.

Respublikanın dövlət başçısı Binə aeroportundan yola düşməzdən əvvəl müxbirlərlə müsahibədə demişdir ki, bu səfər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə xidmət edəcək, qarşıdakı danışıqlar Fransa dövləti ilə əməkdaşlığımızın əsasını qoyacaqdır. Prezident qeyd etmişdir ki, Azərbaycan tərəfi bu görüşlərin nəticələrinin böyük əhəmiyyəti olacağına ümid bəsləyir.

Hava limanında respublika Prezidenti Heydər Əliyevi Ali Sovetin sədri Rəsul Quliyev, Baş nazir Surət Hüseynov və digər rəsmi şəxslər yola salmışlar.

X X X

Dekabrın 19-da Bakıdan Fransaya istiqamət götürən xüsusi təyyarə yerli vaxtla saat 12.50-də Parisdə yeri endi.

Paytaxtın məşhur “Orli” aeroportu Azərbaycanın və Fransanın dövlət bayraqları ilə bəzədilmişdi. Fransa Prezidenti Fransua Mitteranın dəvəti ilə buraya rəsmi əməli görüşə gələn Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi təyyarənin pilləkəni yanında Fransa Prezidentinin şəxsi nümayəndəsi, ölkənin Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri və Fransanın Azərbaycandakı səfiri Jan Perren qarşıladılar. Azərbaycan dövləti başçısının şərəfinə təyyarə meydanında fəxri qarovul düzülmüşdür.

Rəsmi qarşılanma mərasimindən sonra fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə avtomaşınlar karvanı Azərbaycan Prezidenti üçün ayrılmış iqamətgaha doğru yollandı.

X X X

Belə səfərləri, adətən, tarixi səfər adlandırırlar. Doğrudan da, Azərbaycan rəhbərinin Fransaya səfəri iki ölkə arasında münasibətlərin tarixinə çox böyük əhəmiyyətli bir hadisə kimi daxil olacaqdır. Fransa suveren Azərbaycan dövlətinin başçısını ilk dəfədir ki, qəbul edir. Müstəqil ölkəmizin üçrəngli bayrağı qədim Paris üzərində ilk dəfədir ki, dalğalanır.

Fransada əhalinin müəyyən təbəqələrinin Azərbaycan haqqında təsəvvürləri məhdud olsa da, Qərbin bu nüfuzlu dövlətində Heydər Əliyevi yaxşı tanıyırlar. Küçədə, yaşadığımız mehmanxanada rastlaşdığımız fransızlar Azərbaycandan gəldiyimizi bilən kimi Heydər Əliyevin adını çəkirlər.

Yerli siyasi dairələr, kütləvi informasiya vasitələri bu səfəri Azərbaycanla Fransa arasında əlaqələr yaradılmasında mühüm mərhələ kimi qiymətləndirirlər. İcmalçılar Fransua Mitteranı və Heydər Əliyevi dünyanın görkəmli siyasi xadimləri kimi səciyyələndirir, onların qarşıdakı görşünün iki ölkə arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyindən bəhs edirlər.

Yüksək səviyyədə Azərbaycan-Fransa görüşü sırf işgüzar xarakter daşıyır. Görüşün proqramı son dərəcə zəngindir. Səfər zamanı dostluq və əməkdaşlıq haqqında müqavilə bağlanacaqdır. Azərbaycan dövlətinin başçısı yeni Avropa üçün Paris Xartiyasını da imzalayacaqdır.

X X X

Dekabrın 19-da respublikanın rəhbəri Fransada yaşayan azərbaycanlılar icmasının nümayəndələri ilə görüşdü. Səmimilik və mehribanlıq şəraitində keçən söhbət zamanı Heydər Əliyev görüş iştirakçılarını doğma Vətən adından salamlayaraq, respublikadakı ictimai-siyasi vəziyyət və Ermənistan Silhalı Qüvvələrinin Azərbaycana təcavüzü barədə onlara ətraflı məlumat verdi.

Çar Rusiyası və keçmiş Sovet İttifaqı dövründə xaricdəki həmvətənlərimizlə əlaqələrin qırılmasından təəssüflə söhbət açan Heydər Əliyev bildirdi ki, indi Azərbaycan müstəqil dövlətdir və biz bu əlaqələrin nəinki bərpa olunmasına, həm də vahid bir mərkəzdən istiqamətləndirilməsinə xüsusi diqqət yetiririk.

Müharibəyə zorla cəlb edilmiş Azərbaycanın haqq işini beynəlxalq aləmdə, xüsusilə də dünyanın ən nüfuzlu dövlətlərindən biri olan Fransada geniş təbliğ etməyin vacibliyinə toxunan Heydər Əliyev qeyd etdi ki, bu çətin işin ağırlığının bir hissəsi də Fransada yaşayan həmvətənlərimizin üzərinə düşür və onlar bu sahədə öz əməli köməyini əsirgəməməlidirlər.

Beynəlxalq icmalçı Qabil Hüseynli bu görüşü şərh edərək AZƏRTAC-ın müxbirinə dedi ki, əgər təkcə son iki ildə hakimiyyətdə olanlar həmin istiqamətdə müəyyən addımlar atsaydılar, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar diasporu bu gün diplomatiyamızın söykənc yeri ola bilərdi. Doğrudur, Azərbaycan diasporu say etibarilə azdır, təəssüf ki, həm də pərakəndədir, lazımi təşkilati strukturlarına malik deyil. Digər çətinliklər də var. Bütün bunlar həll olunmalı, xaricdə yaşayan həmvətənlərimiz lazımi informasiya ilə dolğun təmin edilməlidirlər. Bu görüşü Fransada yaşayan soydaşlarımızla əlaqələrin tənzimlənməsində yeni ənənənin başlanğıcı hesab etmək olar.

X X X

Elə həmin gün Azərbaycan dövlətinin başçısı Parisdəki Senklu qəbiristanında xalqımızın görkəmli oğulları Əlimərdan bəy Topçubaşovun və onun ailə üzvlərinin, Ceyhun bəy və onun oğlu Timuçin Hacıbəylinin məzarlarını ziyarət edərək əklil qoydu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İslahatlar gözləntisi və ya qərəzli manipulyasiyalar aləti

Pedaqoji Universitetdə fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da görüşüblər

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq VİDEO

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB VİDEO

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib