RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MİSİRƏ SƏFƏRƏ YOLA DÜŞMÜŞDÜR
Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin təşəbbüsü ilə Qahirədə keçiriləcək “Dünya əhalisi və inkişaf” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Misir Ərəb Respublikasına yola düşmüşdür. Bu nüfuzlu beynəlxalq tədbirdə dünyanın böyük dövlətləri ilə yanaşı, yenicə istiqlaliyyət qazanmış ölkələrin rəhbərlərinin də iştirakı gözlənilir.
Azərbaycan dövlətinin başçısı Heydər Əliyev səfər günlərində Misir Ərəb Respublikasının Pezidenti Məhəmməd Hüsni Mübarəkin şəxsi qonağı kimi ölkələrimizin iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı üçün əhəmiyyətli olan görüşlər də keçirəcəkdir.
Binə hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi və onu müşayiət edən şəxsləri respublika Ali Sovetinin Sədri Rəsul Quliyev, Baş nazir Surət Hüseynov və digər rəsmi şəxslər yola salmışlar.