Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV NATO PARLAMENT ASSAMBLEYASININ RƏHBƏRLƏRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yanvarın 18-dəPrezident sarayında NATO Parlament Assambleyasının prezidenti Rafael Estrellanı və bu qurumun baş katibi Seymon Lannı qəbul etmişdir.

        Hörmətli qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı HEYDƏR ƏLİYEV  dedi:

        - Hörmətli cənab prezident!

Hörmətli cənab baş katib!

Azərbaycana xoş gəlmisiniz. Sizinlə görüşməkdən çox məmnunam. Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram.

Mən bilirəm ki, siz burada bir çox görüşlər keçirmisiniz. Azərbaycan parlamentinin sədri hörmətli cənab Murtuz Ələsgərov sizi dəvət edib və  səfərinizi təşkil edibdir. Mən ondan sizin görüşləriniz haqqında məlumat aldım. Çox şadam ki, siz, NATO Parlament Assambleyasının prezidenti Azərbaycana maraq göstərir və Azərbaycanla qısa müddətdəolsa tanış olmusunuz. Buyurun, mən sizi dinləyirəm.

Respublikamızın rəhbərinətəşəkkür edən NATO Parlament Assambleyasının prezidenti RAFAEL ESTRELLA dedi:

- Cənab Prezident, ilk öncəSizə minnətdarlığımı bildirmək istəyirəm ki, bu gün bizi qəbul edirsiniz. Ölkənizdə olmaq mənim üçün böyük şərəfdir. Çox şadam ki, parlamentinizin sədri cənab Ələsgərovun dəvətini qəbul edib buraya gəlmişəm. Bu səfərimiz Azərbaycanın parlamenti ilə NATO Parlament Assambleyası arasında əlaqələrin davam etməsinin nümunəsidir.

Cənab Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasında çox fəal iştirak edir və onlar bizə Azərbaycan haqqında məlumat verirlər. Assambleyanın keçirdiyi bütün seminarlarda, görüşlərdə, fikir mübadilələrində iştirak edirlər. 

Bu günlər ərzində Sizin ölkədə olarkən biz bir sıra mühüm müzakirələr keçirdik. Müzakirələr zamanı Azərbaycanın bugünkü reallıqları haqqında fikir mübadiləsi apardıq. Sizin ölkənin üzləşdiyi bir sıra problemləri də müzakirə etdik. Sizə məlum olduğu kimi, bunların arasında ən mühüm problemlər - Azərbaycanın ərazisində çoxsaylı qaçqınların, ölkə daxilində daimi yaşayış yerlərindən didərgin düşmüş adamların olması, eləcə də Dağlıq Qarabağ məsələsinin həllindəbir irəliləyişin qeydə alınmamasıdır. Təəssüflər olsun ki, bu günə qədər beynəlxalq birlik, beynəlxalq təşkilatlar bu məsələdə kifayət qədər fəal olmamışlar və Birləşmiş Millətlər Təşkilatının indiyədək qətnamələri yerinə yetirilməmişdir.      

Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyəti Parlament Assambleyasında təmsil olunmuş digər nümayəndə heyətlərinin diqqətini daim bu məsələyə yönəldir və Azərbaycanın səsini eşitdirməyə çalışır.

Cənab Prezident, demək istəyirəm ki, Assambleyada bizim ən çox qiymət verdiyimiz məqamlardan biri açıqlıq, məlumatın yayılması məsələsidir ki, bunda da sizin nümayəndə heyəti çox fəaldır və ölkədə gedən proseslər barədə informasiyanı bizə vaxtlı-vaxtında çatdırırlar. Biz sizin nümayəndə heyətiniz vasitəsilə Cənubi Qafqazda,habeləMərkəzi Asiyada gedən proseslərdən xəbərdar oluruq.

Sizin nümayəndə heyəti iləəməkdaşlıq, ondan aldığımız informasiya nəticəsində biz digər ölkələrlə dəəlaqələrimizi tənzimləyirik. Məsələn, deyə bilərəm ki, Rusiya ilə fikir mübadilələrimiz zamanı biz onları Cənubi Qafqazda daha konstruktiv işləməyə çağırmışıq. Biz Sizin bu günə qədər göstərdiyiniz səyləri yüksək qiymətləndiririk və parlamentdə müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələrlə görüşlər zamanı onu da bildirmişik ki, Azərbaycanın Qərb yönümlü olmasını və Azərbaycanın azadlıq, demokratiya və qanunun aliliyi tərəfində olmasını yüksək qiymətləndirirk.

Dünən və bu gün biz Azərbaycan haqqında, Azərbaycanın ətrafında yaranmış vəziyyət haqqında müzakirələr keçirmişik. Biz bilirik ki, Sizin bu günlərdə Rusiyaya səfəriniz olacaqdır və  daha sonra İrana səfəriniz planlaşdırılmışdır.

 

Bilirik ki, hər iki ölkə Sizin region üçün, Sizin ölkə üçün çox vacib, qonşu ölkələrdir. Eyni zamanda, biz Sizin GUÖAM-da iştirakınızı da alqışlayırıq. Bilirik ki, Azərbaycan bu təşkilatda aparıcı rol oynayan ölkədir. Gördüyünüz kimi, bizim ümumi danışıqlarımızda bütün bu məsələlərə, fikir mübadiləsinə yer ayırmışıq.

Cənab Prezident, qonaqpərvərliyinizə görə Sizə minnətdarlığımızı bildirmək istəyirik.

HEYDƏR  ƏLİYEV: Sağ olun. Təşəkkür edirəm.

Mən sizin danışığınızdan belə başa düşdüm ki, Azərbaycan haqqında hər şeyi bilirsiniz. Ona görə hesab edirəm ki, mənim sizəəlavə məlumat verməyimə ehtiyac yoxdur.

Birincisi, mən məmnunam ki, sizin dediyinizə görə, bizim nümayəndə heyəti NATO-nun Parlament Assambleyasında fəal iştirak edir və Parlament Assambleyasının üzvlərinə, sizin hamınıza Azərbaycan haqqında lazım olan məlumatları verir və bizi narahat edən problemlər haqqında orada fikir mübadiləsi aparır.

İkincisi, siz burada olduğunuz qısa bir vaxtda çox səmərəli işlər görmüsünüz, Azərbaycanın bugünkü vəziyyətini öyrənmisiniz, hər şeyi də bilirsiniz. Mən qısa onu deyə bilərəm ki, Azərbaycan öz dövlət müstəqilliyinin on illiyini bu yaxınlarda qeyd edibdir. Bizim üçün müstəqillik ən həlledici amildir və müstəqilliyimizin daha da möhkəmlənməsi üçün bundan sonra da çalışacağıq.

Biz müstəqil dövlət kimi Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq, islahatlar həyata keçiririk və Azərbaycanı bütün sahələrdə bazar iqtisadiyyatı, demokratik prinsiplər əsasında irəliyə aparmağa çalışırıq. Biz bütün beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edirik,  NATO ilə  əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk.

Xatirimdədir, 1994-cü ildə Brüsseldə mən NATO ilə “Sülh naminəəməkdaşlıq” proqramını imzaladım. Ondan sonra çox işlər görülübdür. Ən nəhayət, biz NATO-nun Parlament Assambleyasında  müşahidəci kimi iştirak edirik. Biz bu istiqamətdə bundan sonra da əməkdaşlıq etmək istəyirik.

Mənə belə gəlir, bizim parlamentin sədri sizinlə danışmışdı ki, əgər  Azərbaycan Parlament Assambleyasının assosiativ üzvü olsa, daha yaxşı olar. Hər halda, biz sizinlə  öz əməkdaşlığımızı  bundan sonra da bütün sahələrdə davam etdirəcəyik.

Mən çox məmnunam ki, siz Azərbaycanı narahat edən əsas problem, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi haqqında məlumatınız vardır. Güman edirəm, onu da bilirsiniz ki, Ermənistan təcavüzkar ölkə olaraq Azərbaycanın torpaqlarının 20 faizini işğal edibdir.

Bilirəm ki, siz bu gün köçkünlərlə, qaçqınlarla görüşmüsünüz, onların vəziyyətini gözünüzlə görmüsünüz. Amma bilin, onlar ən yaxşı vəziyyətdə yaşayanlardır. Çünki birincisi, onlar Bakıdadırlar, ikincisi, heç olmasa, münasib olmasa da, binadadırlar. Amma əksəriyyəti çadırlarda çox ağır şəraitdə yaşayır. Bu da artıq 9 ildən çoxdur  və bu günə qədər davam edir.

Biz müharibəni 1994-cü ildə dayandırmışıq. Məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq Ermənistan məsələnin həll olunmasına maneçilik törədir. Siz qeyd etdiniz ki, beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının bu məsələ iləəlaqədar qətnaməsi Ermənistan tərəfindən yerinə yetirilmir. Təbiidir ki, bu da bizdə, bütün vətəndaşlarımızda böyük təəccüb hissi doğurur. Siz də, yəni NATO-nun Parlament Assambleyası da bu məsələ ilə maraqlanırsınız.

Bizim parlamentin sədri mənə dedi ki, Buxarestdə seminarda bizim nümayəndəmiz Ziyafət Əsgərov bu barədə çıxış edib, geniş məlumat veribdir. Amma siz də bir şey edə bilmirsiniz. Ona görə biz çox arzu edirik ki, bütün beynəlxalq təşkilatlar, o cümlədən siz də bu bölgədə sülhün, sabitliyin təmin olunması üçün daha da təsirli tədbirlər görəsiniz.

Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ümumiyyətlə, biz hər yerdə sülh istəyirik, sülh arzulayırıq. Bizimlə qonşu olan dövlətlərlə  mehriban dostluq əlaqələri əsasında əməkdaşlıq edirik və etmək də istəyirik. Amma bizim bölgədə, Cənubi Qafqazda həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həm də Gürüstanda olan münaqişələr, təbiidir ki, vəziyyəti çox gərginləşdiribdir. Cənubi Qafqaz isə, sİz artıq bunu yaxşı bilirsiniz, dünyanın ən mühüm regionlarından biridir.

Güman edirəm, sizin Azərbaycanla tanışlığınız, burada gördükləriniz, eşitdikləriniz bizə yardım edəcəkdir ki, NATO-nun Parlament Assambleyasında da Azərbaycanın problemlərinə daha diqqətləyanaşılsın.

 

RAFAEL  ESTRELLA: Cənab Prezident, tam əmin ola bilərsiniz ki, bu, bizim hazırkı məqsədimizlə eynidir. Məqsədimiz ondan ibarətdir ki, bu regiona diqqətimiz artsın.

Bizim Assambleyanı narahat edən, çalışdığımız  əsas məramlardan biri təhlükəsizlikdir. Əlbəttə, təhlükəsizlik dedikdə, biz Cənubi Qafqaz və Mərkəzi Asiyanın təhlükəsizliyini nəzərdə tuturuq. Bu təhlükəsizliyi təmin etməkdən ötrü regiona daxil olan ölkələrlə sıx əməkdaşlıq lazımdır.  Gürcüstanda, xüsusilə Azərbaycanda təhlükəsizlik bizim üçün vacibdir.

Bizim Assambleyanın üzvləri region haqqında düzgün məlumat aldıqdan sonra bu fikirdədirlər ki, - əmin ola bilərsiniz ki,  Assambleyanın üzvləri öz ölkələrində hörmətli şəxslərdir, - bu regionda təhlükəsizliyin təmin olunmaması, bu regionun təhlükəsizliyinin pozulması, ümumiyyətlə, Avrasiya məkanında təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər.

Cənab Prezident, sizə bildirim ki, Rusiya parlamentinin nümayəndələri ilə bizim çoxsaylı söhbətlərimiz, müzakirələrimiz olur. Biz bir sıra məsələlərdə razılaşmasaq da, artıq onlar da bu fikirdədilər ki, Qafqazın təhlükəsizliyi məsələsi müzakirə olunmadan biz ümumi müzakirələr apara bilmərik. Rusiya nümayəndələri ilə bizim bu cür söhbət aparmağımıza imkan yaratmaq lazım idi. Yəni  Rusiya nümayəndələrini bu fikrə sövq etməkdən ötrü təbiidir ki, sizin regiondan olan nümayəndələr lazım idi. Sizin regionun, ölkənin nümayəndələri bu vəzifəni layiqincə yerinə yetirdilər. Ona görə də biz Rusiya nümayəndələri ilə söhbətlər, müzakirələr zamanı onları bu fikrə sövq edə bildik ki, bizim müzakirələrimiz zamanı Cənubi Qafqaz məsələləri mütləq müzakirə olunmalıdır.

Qeyd etməliyəm ki, 2003-cü ildə Bakıda NATO-nun seminarı keçiriləcəkdir. Cənab Prezident, mən Sizdən xahiş etmək istərdim ki,  özünüz bu seminara himayədarlıq edəsiniz. Elə bilirəm ki, bu seminar keçtirilən zaman Sizin parlament üzvləri ümumiyyətlə təhlükəsizlik, müdafiə məsələləri ilə daha yaxından tanış ola biləcəklər. Biz istərdik ki, sizin parlamentlə münasibətlərimizi təsisatlar səviyyəsinə qaldıraq. Yəni bizim birbaşa münasibətlərimiz olsun.  

HEYDƏR  ƏLİYEV: Çox yaxşı, mən bunlarla razıyam. Ancaq bütün bu seminarlar, görüşlər, müzakirələr  bizim üçün onda çox əhəmiyyətli olardı ki, bölgəmizdə sülh əldə edilsin, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Biz bundan sonra da bütün söhbətləri, bütün seminarları keçirməyə hazırıq. Ancaq biz istəyirik ki, real nəticələr olsun.

Qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdilər.

 

AZƏRTAC

Foto  Yaşar Xəlilovundur  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü başlayıb YENİLƏNƏCƏK

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir