RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ FƏLƏSTİN RƏHBƏRİ YASİR ƏRƏFAT İLƏ GÖRÜŞMÜŞDÜR
Yasir Ərəfat əvvəlki görüşlərində olduğu kimi, bu dəfə də dövlətimizin başçısı ilə hərarətlə salamlaşdı. Fələstin dövlətinin başçısı Azərbaycanın dünya birliyində layiqli yer tutması sahəsində Prezident Heydər Əliyevin fəaliyyətini diqqətlə izlədiyini və ölkəmizə həmişə dost münasibəti bəslədiyini vurğuladı. O, vaxtilə Azərbaycanda Heydər Əliyevin qonağı olduğunu yenə də məmnuniyyətlə xatırladı və bunu heç vaxt unutmayacağını söylədi.
Azərbaycan Prezidenti Heydər Əliyev Fələstin xalqının hüquqlarının qorunması sahəsində əldə olunmuş böyük uğurlardan məmnun qaldığını bildirdi, Yasir Ərəfatın rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən razılıqla bəhs etdi.
Söhbət zamanı Fələstin dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlərin möhkəmlənməsi üçün görüləsi işlərdən danışdı.
Görüşdə Fələstin xalqının və Azərbaycanın üzləşdiyi problemlərdən də bəhs edildi.