Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏNİN BAKIDAKI SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yanvarın 11-də prezident sarayında Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviközü qəbul etmişdir. 

Dövlətimizin başçısı Heydər Əliyev dost ölkənin diplomatını səmimiyyətlə salamlayaraq hal-əhval tutdu, Bakıda nə vaxtdan səfir vəzifəsində çalışdığını soruşdu.

Vaxt ayırıb onu qəbul etdiyinə görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirən ƏHMƏD ÜNAL ÇEVİKÖZ dedi:

- Hörmətli Cümhur başqanım, Sizə etimadnaməmi 27 noyabrda təqdim etmişəm. Artıq ay yarıma yaxınlaşıbdır. Bu müddət ərzində Azərbaycan hökumətinin hörmətli nazirləri ilə tanışlıq görüşləri keçirmişəm. Onlar Azərbaycandakı inkişafı, hazırlanmaqda olan qanunlar barədə mənə məlumat verdilər. Mən də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin irəliləməsi üçün çalışmağa hazır olduğumu, bu sahədə başda zati-aliniz olmaqla mənə dəstək veriləcəyinə əmin olduğumu söylədim. Görüşdüyüm nazirlər də mənə dəstək verəcəklərini söylədilər. Bu da məni çox məmnun etdi.

Türkiyənin böyük elçisi kimi Azərbaycanda çalışmaq çox böyük şərəfdir. Amma gördüm ki, bu, mənim üçün həqiqətən şərəflə bərabər, həm asan, həm də zövqlü bir iş olacaqdır. Belə dəstək aldığım üçün çox məmnunam.

Cənab Prezident, sağ olun. Bütün bunlarda Sizin çox böyük payınız vardır.

HEYDƏR ƏLİYEV: Mən heç başqa cür düşünə bilməzdim. Sizə bu qədər dəstək verilməsi məni heç təəccübləndirmir. Bunlar hamısı təbiidir. Bu, Azərbaycan ilə Türkiyə arasında olan dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələridir və hər bir nazir, yaxud başqa vəzifəli şəxs - təkcə onlar yox, bizim vətəndaşlarımızın əksəriyyəti - Türkiyəyə çox böyük məhəbbətlə, sevgi ilə münasibət göstərirlər. Onların hər biri Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün əlindən gələni etməyə hazırdır. Ona görə mən sizinlə görüşəndə də dedim ki, heç də narahat olmayın, sizin burada işiniz çox asan, qolay olacaqdır.

Mən o vaxt da demişdim, indi də deyirəm, əgər bir çətinliyiniz olsa, mən buradayam.

ƏHMƏD ÜNAL ÇEVİKÖZ: Çox təşəkkür edirəm.

Hörmətli Cümhur başqanım, bilirsiniz ki, 2002-ci il yanvarın 14-ü ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının onuncu ildönümüdür. Biz bunu Türkiyə-Azərbaycan əlaqələrinə layiq şəkildə keçirmək üçün bir proqram hazırlamışıq. Azərbaycan Atatürk Mərkəzi yanvarın 14-də Milli Elmlər Akademiyasında elmi konfrans təşkil edəcəkdir. Konfransda çıxış etmək üçün Türkiyədən də məruzəçilər gələcəklər. Bu, ortaq bir elmi konfrans olacaq və biz orada Türkiyə-Azərbaycan əlaqələrinin on ilini dəyərləndirəcək, tarixi, sosial, iqtisadi, siyasi və hərbi əlaqələr barədə müzakirələr aparacağıq. Həmin gün axşam bu yubileyi təntənəli şəkildə qeyd etmək üçün bir mərasim keçirməyi nəzərdə tutmuşuq.

Zati-aliləri, vaxt tapıb həmin tədbirdə iştirak etsəniz bizi şərəfləndirər və məmnun edərsiniz.

HEYDƏR ƏLİYEV: Çox məmnunam. Mən bilirəm ki, ölkələrimiz arasında diplomatik əlaqələr qurulmasının onuncu ildönümüdür. Bu, bizim üçün çox əziz bir gündür. Çünki Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkədir və Azərbaycanla diplomatik əlaqə quran ilk ölkədir. Bu, bizim üçün çox əhəmiyyətlidir. Amma digər tərəfdən də bu, Türkiyədir, başqa dövlət deyil. Ona görə sizin proqramınızdan çox məmnunam.

Çox məmnunam ki, mənim təşəbbüsümlə və sərəncamımla yaranmış Azərbaycan Atatürk Mərkəzi artıq fəaliyyət göstərir. O vaxt mənə Beynəlxalq Atatürk sülh mükafatı veriləndən sonra düşündüm ki, bunu etmək lazımdır və buna da böyük ehtiyac varmış.

Mən çox böyük bir professoru həmin mərkəzə başqan təyin etdim. O, bizim parlamentin deputatıdır. Orada başqa adamlar da var. Onlara çox qədim, gözəl bir bina vermişəm.

ƏHMƏD ÜNAL ÇEVİKÖZ: Hörmətli Cümhur başqanım, biz o binanı gördük, mərkəzin rəhbəri ilə birlikdə ziyarət etdik. Binanın təmiri ilə bağlı bir layihə hazırlanıbdır. inşallah, bu layihəni altı ay müddətində başa çatdırmaq istəyirlər.

HEYDƏR ƏLİYEV: Onlara büdcədən vəsait ayırdım ki, oranı tezliklə təmir etsinlər. Bina çox gözəl, çox qədim, memarlıq əsəri olan bir binadır. Mən vaxtilə, keçmişdə o binada olmuşam. O neçə vaxt idi ki, boş qalmışdı. Kimlərsə onu əlinə keçirmək istəyirdi, mən qoymurdum, deyirdim ki, bu bina dövlətə lazım olacaqdır. Sonra da lazım oldu. Atatürk Mərkəzi yaranandan sonra düşündük ki, ona hansı binanı verək. Mənə bir neçə yerin ünvanını verdilər. Amma mən dedim ki, bu binanı verməliyik. Bildirdilər ki, həmin bina bir az köhnəlibdir, xarablaşıbdır. Dedim, bu çətin məsələ deyil, vəsait verəcəyik, düzəldəcəklər. Vaxtilə bu binanı çox gözəl tikiblər. Çox yaxşıdır.

ƏHMƏD ÜNAL ÇEVİKÖZ: Bəli, çox gözəl binadır. Hazırda oranı təmir edirlər və altı ay ərzində bitirəcəklər. Atatürk Mərkəzi yaranandan bəri ilk fəaliyyətinə bazar ertəsi günü – yanvarın 14-də keçiriləcək elmi konfransla başlayacaqdır. Bu da bizə çox böyük məmnunluq və şərəf verir.

HEYDƏR ƏLİYEV: Çox gözəl. Çalışaram ayın 14-də axşamkı proqramınızda - hər halda mən proqramıma baxaram, - olum. Çünki bu, bizim üçün əlamətdar bir gündür.

ƏHMƏD ÜNAL ÇEVİKÖZ: Cənab prezident, bizə böyük şərəf vermiş olarsınız.

HEYDƏR ƏLİYEV: Sizdə, Ankarada, İstanbulda yenə də qar yağır?

ƏHMƏD ÜNAL ÇEVİKÖZ: Türkiyə çox ağır bir dövr yaşadı. İstanbul, Ankara on ildə ilk dəfədir ki, belə ağır qış yaşayır. Qar artıq əriməyə başlayıbdır, yollar açılıbdır. Azərbaycana da bir az qar yağdı, iki gün yağdı, sonra kəsdi.

Çox şükür, hər şey normal vəziyyətə düşdü. İndi yollar açılıbdır, təyyarə də işə düşübdür. Bilirsiniz ki, İstanbuldan Bakıya iki gün təyyarə gələ bilmədi. Bu məni çox üzdü, insanların gediş-gəlişini ləngitdi. Ancaq sonra insanlar Azərbaycandan Ankaraya gedə bildilər. 

Bilirsiniz ki, Tükiyə, Azərbaycan və Gürcüstan arasında hərbi sahədəki işbirliyi ilə bağlı anlaşmanın hazırlanması başa çatdırıldı. Anlaşmanın mətni üzərində müzakirələr aparıblar və sonra onun imzalanmasının tarixi müəyyənləşdiriləcəkdir. Türkiyə, Azərbaycan və Gürcüstan arasında hərbi sahədəki işbirliyi anlaşması qaçaqmalçılığa, terrorizmə qarşı birgə mübarizə aparmaq barədə, eyni zamanda, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin mühafizəsi ilə bağlı bir sıra məsələləri özündə əks etdirir. Biz düşünürük ki, bu çox faydalı bir anlaşma olacaqdır.

HEYDƏR ƏLİYEV: Biz bu gün Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının onuncu ildönümünü qeyd etməyə başladıq. Bu münasibətlə Türkiyənin böyük elçisi Azərbaycan Prezidenti ilə görüşür. Bu tədbir bundan sonra da davam edəcəkdir.

ƏHMƏD ÜNAL ÇEVİKÖZ: Çox sağ olun.

Qəbulda Prezidentin katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin icra aparatının şöbə müdiri Novruz Məmmədov iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir