Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASINDA YENİ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN TİKİNTİSİ, MÖVCUD MƏKTƏBLƏRİN ƏSASLI TƏMİRİ VƏ MÜASİR TƏDRİS AVADANLIQLARI İLƏ TƏMİN OLUNMASINA DAİR PROQRAM (2003-2007-Cİ İLLƏR)”IN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002-ci il tarixli 1051 nömrəli sərəncamına uyğun olaraq qərara alıram:

“Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram (2003-2007-ci illər)” təsdiq edilsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin