Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA KRALLIĞINDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ R.T.İBRAHİMOVUN İQAMƏTGAHI LONDON ŞƏHƏRİNDƏ OLMAQLA, EYNİ ZAMANDA AZƏRBAYCAN RESPUBLİKASININ İSVEÇ KRALLIĞINDA FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndinə müvafiq olaraq qərara alıram: 

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri Rəfael Tofiq oğlu İbrahimov iqamətgahı London şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının İsveç Krallığında Fövqəladə və Səlahiyyətli səfiri təyin edilsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin