Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASININ İNZIBATI XƏTALAR MƏCƏLLƏSINƏ DƏYIŞIKLIKLƏR VƏ ƏLAVƏLƏR EDILMƏSI HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N8, I kitab, maddə 584; 2001-ci il, N1, maddə 24, N3, maddə 139, N7, maddə 455, N11, maddələr 680, 698, N12, maddə 731; 2002-ci il, N1, maddə 9, N4, I kitab, maddə 165, N5, maddələr 234, 237, 239, N6, maddə 326, N8, maddə 463, N12, maddə 692; 2003-cü il, N1, maddələr 3, 13, 23, N4, maddələr 177, 178, N5, maddə 228, N6, maddə 276; Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli, 512-IIQD saylı Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 152.3-cü, 152.4-cü və 152.5-ci maddələrdə "və" sözü "və ya" sözləri ilə əvəz edilsin.

2. 155.2.3-cü maddədən ", yaxud tormoz sistemi, sükan idarə mexanizmi nasaz olan nəqliyyat vasitələrinin idarə olunmasına" sözləri çıxarılsın.

3. 155.3-cü maddədə "uyğun olmayan" sözlərindən sonra "və ya başqa nəqliyyat vasitələrinə verilmiş" sözləri əlavə edilsin.

4. 406.1.2-ci maddədə "olduqda" sözündən sonra "və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə" sözləri əlavə edilsin.

5. 408-ci maddədə "şinləri" sözündən sonra "və ya mühərriyi" sözləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 dekabr, 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin