SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
Orta və yüksək enerjitutumlu istehsal sahələrinə səmərəli investorların cəlb edilməsini stimullaşdırmaq, kiçik və orta sahibkarlıq sektorunda yeni iş yerləri yaradılması imkanlarını genişləndirmək, elektrik enerjisi istehlakçıları üçün bərabər rəqabət şəraiti təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, Nazirlər Kabinetinin “Enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödənişin tətbiqi haqqında” 1998-ci il 29 iyun tarixli 143 nömrəli qərarının 1-ci bəndi, 2-ci bəndinin 1-ci və 2-ci abzasları qüvvədən düşmüş hesab edilsin.
“Azərenerji”, “Bakıelektrikşəbəkə”, “Gəncəelektrikşəbəkə”, “Sumqayıtelektrikşəbə” və “Əlibayramlıelektrikşəbəkə” səhmdar cəmiyyətlərinə tapşırılmışdır ki, 2002-ci il 1 yanvar tarixdən enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödənişin tətbiqi dayandırılsın.
Bu qərar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.