Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ “POLİS VETERANI” MEDALININ ƏSASNAMƏSİ

Azərbaycan Respublikasının

2006-cı il 21 aprel tarixli

Qanunu ilə təsdiq edilmişdir

AZƏRBAYCAN RESPUBLİKASININ “POLİS VETERANI” MEDALININ

ƏSASNAMƏSİ

1. “Polis veteranı” medalı ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında (SSRİ daxili işlər orqanlarında xidmət müddəti də nəzərə alınmaqla) 30 təqvim ili və daha çox nümunəvi xidmət etmiş daxili işlər orqanlarının əməkdaşları təltif edilirlər.

2. Daxili işlər orqanlarının əməkdaşları “Polis veteranı” medalı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

3. “Polis veteranı” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin