Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN XALQINA YENİ İLTƏBRİKİ

- Əziz həmvətənlər!

Bacılar və qardaşlar!

Azərbaycan Respublikasının vətəndaşları!

Sizi Yeni il bayramı münasibətilə və Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə ürəkdən təbrik edirəm, qarşıdan gələn 2002-ci ildə hamınıza səadət, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.

2001-ci il, XX1 əsrin birinci ili - üçüncü minilliyin birinci ili bütün dünya üçün, o cümlədən Azərbaycan xalqı üçün çox xüsusi əhəmiyyət kəsb edən bir ildir. Bu il bizim üçün, ölkəmiz üçün Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümü olubdur. Biz müstəqilliyimizin onuncu ildönümünü təntənə ilə qeyd etdik, keçdiyimiz tarixi yola qiymət verdik, gördüyümüz işləri təhlil etdik və gələcək vəzifələrimiz haqqında fikirlərimizi bəyan etdik.

Böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, 2001-ci il Azərbaycan xalqı üçün çox uğurlu il olmuşdur. Bu ildə Azərbaycan öz dövlət müstəqilliyini daha da möhkəmləndirmiş, ölkəmizdəki ictimai-siyasi sabitlik davam etmiş, Azərbaycanda hüquqi, demokratik, dünyəvi quruculuq prosesi uğurla həyata keçirilmiş, ölkəmizin bütün sahələrində islahatlar, siyasi, iqtisadi, hüquqi, sosial islahatlar ardıcıl surətdə həyata keçirilib və keçirilməkdədir. Bunlar hamısı öz müsbət nəticələrini vermişdir.

2001-ci ildə Azərbaycanın ordusu güclənib və müdafiə qüdrəti artmışdır. Görülən bu işlər Azərbaycanda bütün sahələrdə inkişafın olmasını nümayiş etdirir. Bizim sosial, iqtisadi sahədə nailiyyətlərimiz böyükdür. Mən bunu bir neçə rəqəmlə ifadə etmək istəyirəm. Ümumi daxili məhsul 10 faiz artmışdır. Sənaye istehsalı 5 faiz, kənd təsərrüfatı istehsalı 11 faiz artmış, xarici ticarət dövriyyəsində 22 faiz artım gözlənilir. Bunların nəticəsində xalqın rifah halı yaxşılaşıbdır. Orta aylıq əmək haqqı 25 faiz artmışdır. İndi orta aylıq əmək haqqı 260 min manat təşkil edir. Bizim başqa göstəricilərimiz Azərbaycanda həm iqtisadiyyatın, həm də sosial sahənin inkişafını nümayiş etdirir.

Uğurla aparılan xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənibdir. 2002-ci ildə bizim bu siyasətimiz davam edəcəkdir. Azərbaycanda xalqımızın, vətəndaşların rahat yaşaması üçün, sərbəst yaşaması üçün bütün imkanlar yaranıbdır. Bunlar hamısı da Azərbaycanın gələcək inkişafı üçün ən əsas şərtlərdir.

2002-ci ildə bizim qarşımızda böyük vəzifələr durur. Bu vəzifələr müəyyən olunubdur. Birinci növbədə, qəbul olunmuş dövlət büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişafının irəliyə getməsini təmin edəcəkdir. Bildirmək istəyirəm ki, büdcənin xərclərinin 63 faizi sosial sahəyə yönəldilibdir və sosial problemlərin həll olunmasına həsr olunacaqdır. Bizim iqtisadi siyasətimiz ümumən sosialyönlü xarakter daşıyır və bu, həm 2001-ci ildə həyata keçirilmişdir, həm də 2002-ci ilin büdcəsi də məhz sosial yönümlü dövlət büdcəsidir. Beləliklə, biz birinci növbədə, xalqın rifah halını yaxşılaşdırmağa və sosial problemləri həll etməyə çalışırıq. Bunlarla bərabər, bizim bir çox problemlərimiz də var. Biz bu problemləri ardıcıl surətdə həll edirik. 2002-ci ildə də onların həll edilməsi bizim əsas vəzifələrimizdən biridir.

Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsidir. Ötən illər, 2001-ci ildə bu məsələnin həll olunması üçün xeyli iş görülübdür. Müxtəlif beynəlxalq təşkilatlarda bu barədə müzakirələr aparılıbdır. ATƏT-in Minsk qrupu çərçivəsində bir çox görüşlər keçirilibdir. Xüsusən, Parisdə, Ki-Uestdə, Moskvada həm ATƏT-in Misnk qrupunun həmsədrləri ilə, həm də Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları ilə görüşlər keçirilibdir. Bununla bərabər, iki ölkənin prezidentiləri arasında görüşlər, danışıqlar aparılıbdır. Təbiidir ki, bunlar hamısı bu məsələnin həll olunması üçün kiçik də olsa imkanlar yaradır. Mən inanıram ki, 2002-ci ildə biz bu məsələnin həll edilməsi üçün lazım olan bütün imkanlardan ardıcıl olaraq istifadə edəcəyik və münaqişəyə son qoyulmasına nail olmağa çalışacağıq.

Mən bu gün bəyan edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olması əsasında, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər. Eyni zamanda, biz həmişə konstruktiv mövqedə olmuşuq. Biz Ermənistan ilə qarşılıqlı kompromislər haqqında da müzakirələr aparmağa hazırıq.

Bir sözlə, bu problem nə qədər çətin olsa da, mən hesab edirəm ki, bu münaqişə həll olunacaq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları azad olunacaq və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz evlərinə, öz doğma torpaqlarına qayıdacaqlar.

Hesab edirəm ki, 2002-ci il Azərbaycan üçün daha da uğurlu il olacaqdır. Çünki ötən on il ərzində və xüsusən, sona çatan 2001-ci il ərzində Azərbaycanda bütün sahələrdə dəyərli nailiyyətlər əldə edilibdir. Hesab edirəm ki, bunların əsasında 2002-ci ilin daha da uğurlu olması üçün çox böyük imkanlar yaranıbdır. Biz isə bu imkanlardan səmərəli istifadə etməliyik.

Mən gələcəyə nikbinliklə baxıram və hesab edirəm ki, 2002-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, yaranmış ictimai-siyasi sabitliyin qorunub saxlanması, Azərbaycanda demokratik dəyişikliklərin həyata keçirilməsi, bütün sahələrdə islahatların həyata keçirilməsi XX1 əsrdə Azərbaycan Respublikasının inkişafının böyük mərhələsini təmin edəcəkdir. Əziz həmvətənlər, mən buna inanıram və sizi əmin edirəm ki, bunlara nail olmaq üçün Azərbaycan dövləti bütün imkanlardan istifadə etməyə çalışacaqdır.

Mən bu bayram münasibətilə hamınızı təbrik edirəm. Birinci növbədə, Azərbaycanın səngərlərdə olan və Azərbaycanın torpaqlarını müdafiə edən əsgərlərimizi, ordumuzu, silahlı qüvvələrimizi təbrik edirəm. Şəhid ailələrini təbrik edirəm. Müharibə əlillərini, müharibə iştirakçılarını təbrik edirəm. Yerindən-yurdundan didərgin düşmüş, çadırlarda ağır vəziyyətdə yaşayan soydaşlarımızı təbrik edirəm. Bir daha əmin edirəm ki, onlar öz yerlərinə-yurdlarına qayıdıb, öz torpaqlarında gələcək həyatlarını quracaqlar. Onların hamısına cansağlığı, səadət, 2002-ci ildə yeni-yeni uğurlar arzulayıram.

Bütün Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını Yeni il münasibətilə təbrik edirəm. Bayramınız mübarək olsun!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir-

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur