RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Ölkəniz ilə yurdumuz arasında başlamış olduğunuz hər cür işbirliyi təqdirəlayiqdir.
Son zamanlarda Azərbaycan dilinə ciddi münasibətiniz və səyləriniz bunun ən gözəl və parlaq nümunəsidir.
Dünyanın ən zəngin dillərindən biri olan Azərbaycan dilinin özünəməxsus xarakterini göstərən latın əlifbasına keçid milli mədəniyyətinizi, inanclarınızı, uğurlarınızı yaşatmaq və ucaltmaq üçün türk dünyasına doğru atmış olduğunuz bu addımlarınıza görə Sizi ürəkdən təbrik edir, uğurlarınızın davamını istəyir, ürəkdən cansağlığı arzulayıram.
Hörmətlə,
Şamil Ayrım
Türkiyə-Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbəri