RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri,
Zati-alilərinizin uzun zamandan bəri davam edən səyləri nəticəsində Azərbaycan dövlətinin latın əlifbasına keçdiyini böyük məmnuniyyətlə qarşıladıq.
Bu tarixi qərarın bir millət, iki dövlət olan ölkələrimizdə ən qısa zamanda dildə, fikirdə və işdə birlik yaradacağına olan inamımız sonsuzdur.
Bu qərarın verilməsində başda zati-aliləriniz və Azərbaycan dövləti olmaqla bütün əməyi olanları təbrik edir, bunun xeyirli və uğurlu olması arzusu ilə ehtiram və minnətdarlığımı bildirirəm.
Abbas Bozyel
İğdır millət vəkili