RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Prezident,
İcazə verin, Sizi, həmçinin Yanacaq və Energetika Nazirliyindən və ARDNŞ-dən olan həmkarlarımızı, Azərbaycanın bütün neftçilərini Azərbaycan Prezidentinin Fərmanı ilə qeyd olunan “Neftçilər günü” münasibətilə təbrik edək. Belə bir Fərmanın verilməsi tarixi X1X əsrə gedib çıxan hadisələri, bugünkü reallıqları, habelə Azərbaycanın gələcək inkişaf perspektivlərini əks etdirir.
Neft sənayesinin qabaqcıl dəstəsi kimi Azərbaycan neftçiləri böyük fədakarlıq, əzm və peşəkarlıq nümayiş etdirmişlər. Azərbaycan neftçiləri Xəzər dənizinin fırtınalarına sinə gərərək, dənizdə neft-qaz çıxarılması işinin əsasını qoymuşlar.
Azərbaycan neftçilərinin qazandığı nailiyyətlərin böyük bir hissəsi müstəqil Azərbaycanın çiçəklənməsi naminə Sizin qoruyub saxladığınız siyasi sabitlik və nail olduğunuz iqtisadi tərəqqi ilə bağlıdır.
“Royal Datç-Şell” şirkəti hələ 1918-ci ildən əvvəlki dövrdə Azərbaycanın neft sənayesinin inkişafına öz əhəmiyyətli töhfəsini vermişdir. Biz bundan böyük qürur duyuruq. Bu gün biz Bakıda öz fəaliyyətimizi yenidən davam etdirməyə, Sizin xarici tərəfdaşlarınız sırasında ləyaqətlə iştirak etməyə böyük ümid bəsləyirik.
Hörmətlə,
Zaharuddin Meqat
“Şell İP İnterneyşnl BV”-nin
Yaxın Şərq, Mərkəzi-Cənubi Asiya və
Rusiya üzrə icraçı direktoru
20 sentyabr 2001