Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Prezident,

Əziz qardaşım,

Ölkələrimiz arasında diplomatik əlaqələr qurulmasının 10-cu ildönümü münasibətilə şəxsən öz adımdan və bütün türk xalqı adından Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanın müstəqilliyini yenidən qazanmasından sonra ölkələrimiz arasında yaranan əlaqələrin ötən on ildə sürətlə genişlənərək bütün sahələrdə yüksək bir səviyyəyə çatması əməkdaşlıq və münasibətlərimizin gələcəkdə də inkişaf edəcəyinə ən sağlam təminatdır.

Türk xalqı Azərbaycanla münasibətlərimizin ötən on ildə sürətlə irəliləməsindən, Qafqazda sabitlik və əmin-amanlıq amili kimi yüksələn qardaş Azərbaycanın Zati-alinizin güclü liderliyi altında əldə etdiyi müvəffəqiyyətlərdən qürur duymaqdadır.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

Əhməd Necdət Sezər

Türkiyə Respublikasının Prezidenti

Ankara,14 yanvar 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin