RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm Heydər Əlirza oğlu,
Azərbaycanın bütün xalqı üçün əlamətdar gün – Respublika günü münasibətilə qırğız xalqı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edir, səmimi qəlbdən Sizə möhkəm cansağlığı, xoşbəxtlik və səadət, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.
Fürsətdən istifadə edərək, dərindən əmin olduğumu bildirirəm ki, dövlətlərimiz arasında mövcud olan münasibətlər Qırğızıstan və Azərbaycan xalqlarının mənafeləri naminə bundan sonra da inkişaf edəcəkdir.
Səmimi hörmətlə,
Əsgər Akayev
Qırğızıstan Respublikasının Prezidenti