Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, 

Xahiş edirəm, Azərbaycan Respublikasının milli bayramı olan 28 may - Respublika günü münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edəsiniz.

Əmin olduğumu ifadə etmək istərdim ki, keçmiş 10 il ərzində Bolqarıstan və Azərbaycan arasında qurulmuş dostcasına və iki tərəf üçün faydalı olan münasibətlər bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf etməkdə və genişlənməkdə davam edərək, Cənub-Şərqi Avropa, Qafqaz, Xəzər dənizi regionlarında və dünyada sülhə, əmin-amanlığa və qarşılıqlı anlaşmaya gətirib çıxaracaqdır.

Zati-aliləri, icazə verin, Sizə olan dərin ehtiramımı ifadə edib, Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə apardığınız çox məsuliyyətli dövlət işinizdə uğurlar arzulayım.

Georgi Pırvanov

Bolqarıstan Respublikasının Prezidenti

Sofiya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin