Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz Heydər Əlirza oğlu,

Əlamətdar bayram – Respublika günü münasibətilə Sizə müraciət edərək ən səmimi təbriklərimi, Sizə dərin hörmətimi və dəyişilməz dostluq hisslərimi bildirmək istəyirəm.

Böyük tarixin dağıntıları üzərində Cənubi Qafqazın müstəqil dövlətlərinin yarandığı o narahat və dramatizmlə dolu günləri xatırlayaraq xüsusi qeyd etmək istəyirəm ki, xalqlarımızın taleləri bir-birilə olduqca sıx bağlıdır.

Biz xoş gündə də, pis gündə də həmişə qardaş Azərbaycanın dəstəyini hiss etmişik. Tbilisi təbii fəlakətin dağıdıcı qüvvəsinin bütün ağırlığı ilə üz-üzə gələndə Azərbaycan Gürcüstana birincilər sırasında öz yardım əlini uzatdı.

Azərbaycan xalqına seçdiyi yolda səmimi qəlbdən yeni uğurlar, xoşbəxtlik və ən xoş arzularımı yetirirəm.

Səmimi minnətdarlıq hissi və ən xoş arzularla,

Eduard Şevardnadze

Gürcüstanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin