Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu, 

Əlamətdar gün – Respublika günü münasibətilə Sizi və Sizin simanızda qardaş Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında yaranmış dostluq münasibətləri bundan sonra da səmərəli inkişaf edəcək, iki ölkənin mövcud potensialından səmərəli istifadə isə Özbəkistan və Azərbaycan xalqlarının bundan sonra da tərəqqisinə xidmət edəcəkdir.

Hörmətli Heydər Əlirza oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

İslam Kərimov

Özbəkistan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin