RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Böyük məmnuniyyətlə, Azərbaycan Respublikasının milli bayramı münasibətilə Meksika xalqı və hökuməti adından Azərbaycan Respublikasının xalqını və hökumətini səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, ikitərəfli və çoxtərəfli sahələrdə xalqlarımız tərəfindən qurulmuş dostluq əlaqələrimizin və ikitərəfli əməkdaşlığımızın möhkəmlənməsini davam etdirəcəyik.
Zati-aliləri, nəcib Azərbaycan xalqına firavanlıq arzulayır və fürsətdən istifadə edərək, lütfən, ən yüksək ehtiramıma əmin olmağınızı rica edirəm.
Visente Foks Kesada
Meksika Birləşmiş Ştatlarının Prezidenti