Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Böyük məmnuniyyətlə, Azərbaycan Respublikasının milli bayramı münasibətilə Cənubi Afrika Respublikasının hökuməti, xalqı adından və öz adımdan Zati-alilərinizi, Azərbaycan Respublikasının hökumətini və xalqını ürəkdən təbrik edirəm.

Fürsətdən istifadə edərək, Cənubi Afrika Respublikasının milli bayramı münasibətilə göndərdiyiniz səmimi təbriklərinizə görə Zati-alilərinizə təşəkkürümü bildirir və həmçinin Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının hökumətinə və xalqına sülh, firavanlıq arzulayıram.

Zati-aliləri, lütfən, ən yüksək ehtiramıma əmin olmağınızı rica edirəm.

Tabo Mbeki

Cənubi Afrika Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin