Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident, 

Əziz dost,

Sizin mənə ünvanladığınız təbrik məktubu məni çox təsirləndirdi və bunun üçün Sizə öz minnətdarlığımı bildirirəm.

Öz növbəmdə, Azərbaycanın milli bayramı münasibətilə Sizə hərarətli təbriklərimi çatdırmaqdan məmnunam. Şəxsən Sizə və Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik , firavanlıq və uğurlar arzulayıram.

Bizim ikitərəfli əlaqələrimizin çox ümidverici gedişinə verdiyiniz qiymətə tam şərik olmaqla mən ikinci mandatım ərzində onların möhkəmləndirilməsinin davam etməsinə çalışacağıma qərarlıyam.

Bilin ki, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinin axtarılmasında mənim şəxsi və davamlı öhdəliyimə həmişə etibar edə bilərsiniz.

Cənab Prezident, Sizə böyük hörmət və ehtiramım olduğuna əmin ola bilərsiniz.

Dostluq hissləri ilə,

Jak Şirak

Fransa Respublikasının Prezidenti

Paris, 24 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin