Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz cənab Prezident,

Bakıda keçirilən IX Beynəlxalq Xəzər neft və qaz sərgi-konfransının açılışı münasibətilə Sizə və Azərbaycan xalqına şəxsi təbriklərimi və xoş arzularımı yetirirəm.

Son illər ərzində bizim ümumi məqsədimizin həyata keçirilməsi - Azərbaycandan və digər Xəzəryanı ölkələrdən neft və qazın Şərq-Qərb dəhlizi vasitəsilə nəql edilməsi sahəsində böyük tərəqqi əldə olunmuşdur. Mən xüsusilə məmnunam ki, Bakı-Tbilisi-Ceyhan boru xətti layihəsinin reallaşmasına yaxınlaşırıq və bu layihədən sonra Cənub Qafqaz qaz kəməri inşa ediləcəkdir. Bu layihələr Qafqazda firavanlıq, sülh və sabitliyi önə çəkərək, Azərbaycan, Gürcüstan və regionun digər ölkələrinin qlobal iqtisadiyyata daha yaxşı inteqrasiyasına əsaslı töhfələrini verəcəkdir.

Mən, ABŞ şirkətlərinin Azərbaycanın enerji sektorunun inkişafında və hərtərəfli iqtisadi artımda daha böyük iştirakına ümidlə baxıram. Amerika Birləşmiş Ştatları Sizinlə sıx işləyərək, qlobal enerji təhlükəsizliyini təmin etmək və Azərbaycan xalqı üçün daha firavan və dinc gələcək qurmağa yardım etməyə hazırdır.

Sizə sərgi və konfransın uğurla keçirilməsini diləyir və ən xoş arzularımı yetirirəm.

Səmimiyyətlə,

Corc Buş

Amerika Birləşmiş Ştatlarının

Prezidenti

Vaşinqton, 30 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin