Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident,

Milli bayramınız münasibətilə, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq ruhunda, İtaliya xalqı adından və şəxsən öz adımdan Sizə və bütün Azərbaycan xalqına böyük məmnuniyyətlə xoşbəxtlik və firavanlıq arzulayıram.

Ölkələrimiz arasındakı, xüsusən iqtisadi sahədəki ikitərəfli əlaqələrin müsbət inkişafından məmnunam.

İkitərəfli əlaqələrimizin daha da geniş perspektivlərə çıxmasını arzulayaraq Zati-alilərinizə bir daha ən xoş arzularımı bildirirəm.

Karlo Adzelyo Çampi

İtaliya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin