Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident,

1993-cü ildə Siz Azərbaycan Respublikasının Prezidenti kimi fəxri vəzifə tutduğunuz vaxtdan bəri beynəlxalq ictimaiyyət arasında ölkənizin nüfuzu əhəmiyyətli dərəcədə artmağa başlamışdır.

Ölkələrimiz arasındakı siyasi dialoq qənaətbəxşdir və qarşılıqlı iqtisadi və sosial münasibətlərin daha da inkişaf edəcəyinə ümid bəsləməyə imkan verir. Əminəm ki, yaxın illərdə Avropada və regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi sahəsində də ölkələrimizin birgə niyyətlərinin əməli surətdə həyata keçirilməsi davam etdiriləcəkdir.

Azərbaycan Respublikasının vətəndaşları üçün bu təntənəli gündə - müstəqillik aktının elan olunması günündə yüksək ehtiram bildirən sözlərimi qəbul etməyinizi rica edirəm.

Hörmətlə,

Aleksandr Kvasnevski

Polşa Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin